Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-06-2016, 18:41)
Şamaxıda “Həmkarlar ittifaqına üzv ol” mövzusunda seminar keçirilmişdir

Şamaxıda “Həmkarlar ittifaqına üzv ol” mövzusunda seminar keçirilmişdir

 

İyunun 24-də Şamaxıda “Həmkarlar ittifaqına üzv ol” mövzusunda seminar keçirilmişdir.

 

Mediatv.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə keçirilən Seminarda Şamaxı və ətraf rayonlardan olan həmkarlar ittifaqı komitələrinin sədrləri və fəalları iştirak etmişlər.

Seminarı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova iştirakçıları salamlayaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əmək münasibətlərinin tənzimlənməsi, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin mənafelərinin müdafiəsi sahsində gördüyü işləri diqqətə çatdırmış, dövlət tərəfindən həmkarlar ittifaqlarına xüsusi diqqət göstərildiyini bildirərək seminarın işinə uğurlar arzulamışdır.

Mövzu ilə bağlı çıxış edən AHİK-in təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov qeyd etmişdir ki, AHİK-in IV qurultayında qəbul edilmiş 2013-2018-ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas İstiqamətlərdə müəyyən edildiyi kimi həmkarlar ittifaqlarının gücünü daha da artırmaq üçün həmkarlar ittifaqının hüquq və azadlıqlarının müdafiə edilməsi, milli qanunvericiliyə əməl edilməsi, həmkarlar ittifaqı strukturunun təkmilləşdirilməsi, yeni üzvlərin cəlb edilməsi, gənclərin irəli çəkilməsi, kadrların hazırlanması əsas vəzifə kimi həmkarlar ittifaqı qarşısında durur.

Əli Cəfərov vurğulamışdır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası həmkarlar ittifaqı üzvlərinin artırılması tendensiyası və dinamikasını təhlil edərək üzv təşkilatlarında yeni üzvlərin cəlb edilməsi ilə əlaqədar problemlərin mövcudluğunu, həmkarlar ittifaqına gənclərin cəlbi zamanı onların maraqlarının nə ilə əlaqədar olduğunu sistemli şəkildə öyrənir və müvafiq tədbirlər həyata keçirir.

Həmkarlar ittifaqına üzvlüyün əsaslandırılması, sayının artırılması məsələsi müasir dövrdə həmkarlar ittifaqları üçün çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Əli Cəfərov bildirmişdir ki, son zamanlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Həmkarlar ittifaqları haqqında Qanuna, İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdən görünür ki, işçilərin sosial-iqtisadi problemlərinin həlli daim diqqət mərkəzindədir.

Seminarda AHİK-in təşəbbüsü ilə dərc olunan “İlk həmkarlar ittifaqını necə yaratmalı” və “Sənin həmkarlar ittifaqının sənin müdafiəçindir” kitablarının təqdimatı olmuşdur.

 

Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılmış, səsləndirilmiş təkliflər dəyərlənirilmişdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025