Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (2-06-2016, 14:04)
İLYAS ƏLİYEVİN FEDERASİYASININ SİYASİ ORİENTASİYASI ŞÜBHƏ DOĞURUR

Hazırda Çində, Fransada, Norveçdə, Brüsseldə tətillər vüsət almaqdadır. Həmkarlar ittifaqı hökumətin iş yerlərində ixtisarlara səbəb ola biləcək iqtisadi tədbirlərə dair təkliflərindən narazıdır. Etirazçılar əsasən iş həftəsinin artırılmasını və təqaüd yaşının yüksəlməsini nəzərdə tutan sosial islahatlardan imtina olunmasını tələb edirlər.

Bizim həmkarlar ittifaqları isə hələ bir dəfə də olsun işçiləri tətilə çağırmayıblar. Ona görə yox ki, tətil keçirilən ölkələrdəki problemlər bizdə yoxdur. Ona görə ki, bizimi həmkarlar ittifaqları formal xarakter daşıyır, onların rəhbərləri "proletariat"ın rifahını deyil, yalnız öz şəxsi maraqlarını təmin etməyi düşünürlər.

"Xidmət -İş" Həmkarlar İttifaqları Federasiyası Ticarət, İctimai İaşə və İstehlak Kooperasiyası, Sanatoriya-kurort və Turizm sistemi, Balıq Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqlarının bazalarında yaradılıb və onların hüquqi varisidir, konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Federasiya Azərbaycan Respublikasının ticarət, ictimai iaşə və istehlak kooperasiyası, mehmanxanalar, balıq təsərrüfatı, sanatoriya-kurort və turizm müəssisələri, pansionat, istirahət evləri və digər xidmət sahələri, sahələr üçün kadr hazırlayan təhsil ocaqları işçilərini, tələbələrini, sahə Həmkarlar İttifaqlarını könüllülük əsasında birləşdikləri müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır. Hər halda qurum özünü məhz belə təqdim edir. "Xidmət-İş" Hİ Federasiyasının prezidenti, AHİK sədrinin birinci müavini İlyas Alxas oğlu Əliyevdir. Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Adam Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, 3-cü dərəcəli «Vətənə xidmətə görə» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir. Yenə də xatırladırıq, bircə dəfə də tətil etmədən bunca böyük nailiyyətlər qazanmaq asan iş deyil. Biz bu yazı da İlyas müəllimin digər təqdirə, tərifə, təltifə layiq işlərindən söz açacağıq.

Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, İlyas Əliyevin rəhbərlik etdiyi qurum hələlik əhalini kütləvi tətillərə çağırmasa da, istənilən vaxt iğtişaş törətmək potensialı daşıyır. Belə ki, Federasiyanın şəhər, rayon, şəhərlərdə rayon komitələrinin rəhbər şəxsləri sırasında çoxlu sayda siyasi orientasiyası şübhəli olan adamlar vardır. Mənbə xəbər verir ki, Federasiya fəalları sırasından Rövşən Dəmirli, İlqar Pənahlı, Əliman Vahidov və digərləri müxalifətə işləyirlər və sahibkarlardan yığdıqları pulların əhəmiyyətli hissəsini oğurlayıb məhz müxalifətdəki əqidədaşlarına yönəldirlər. Onlara Niyazi, Camaləddin və Xəyyam adlı nüfuzlu həmkarları, həmçinin Təranə adlı bir xanım da aktiv dəstək verirlər. Bildirilir ki, Əliman cibində YAP bileti gəzdirməyinə baxmayaraq, müxalif düşüncəlidir və tez-tez Rövşənlə birgə onların tədbirlərinə qatılır. Bu şəxslər əvvəllər Federasiyanın rayon komitələrinə sədrlik edirdilərsə, indi onlara bütün respublikada gəzib-dolaşaraq pul yöğmaq səlahiyyəti verilib ki

, topladıqlarını hakimiyyətə müxalif olan radikallara ötürürlər. Mənbə bir faktı da nəzərə çatdırır ki, "Xidmət - İş" Federasiyasının struktur vahidlərinin heç birinin kontorlararında Ümummilli lider Heydər Əliyevin portretinə rast gəlinmir.

İrəliləyən saylarımızda Federasiyada baş alıb getməkdə olan korrupsiya hüquqpozmalarına, talançılığa dair faktlar sadalanacaq.

Nyus.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024