Cəmiyyət (10-06-2016, 11:51)
Yüksək səviyyəli kadrlar hazırlamağa qabil ali təhsil ocağı
Azərbaycanın əksər universitetlərinin elm məbədləri olması hər kəsə aydındır. Ölkənin gələcəyi üçün peşəkar kadrlar, mütəxəssislər hazırlamalı olan universitetlər arasında professor Havar Məmmədovun rektor olduğu AzTU, birincilər sırasında olması apardığımız araşdırmalar zamanı məlum oldu.AzTU uzun illər ərzində qazandığı nailiyyətləri zənginləşdirməklə respublikamız və bir sıra xarici dövlətlər üçün layiqli mütəxəssislər, yüksək səviyyəli kadrlar hazırlamağa qabil ali təhsil ocağı kimi hazırkı mərhələdə üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirmək imkanındadır.Qürur hissi ilə deyə bilərik ki, universitet ölkə iqtisadiyyatının müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları - ixtisaslı kadrları ilə Azərbaycanın inkişafında böyük izlər qoymuş, özünəməxsus elm və təhsil ənənələri formalaşdırmışdır. AzTU-nun auditoriyalarında yetişmiş intellektual səviyyəli, vətənpərvər ziyalılar onun layiqli ənənələrini, nüfuzunu daim qoruyub saxlamışdır. Bu universiteti bitirmiş məzunlar artıq Azərbaycan elmində, təhsilində, sənayesində öz sözlərini deyirlər.Universitetin qarşısında duran başlıca vəzifələrdən biri texniki elmlərin davamlı inkişafına nail olmaqdır. Universitet dövrün çağırışlarını nəzərə alaraq təlim-tədris prosesinin müasirləşdirilməsini, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarının inkişafını vacib sayır. Bütün dekanatlıqlar və kafedralar kompyuterləşdirilmiş, kompyuter sinifləri və kompyuter informasiya-tədris mərkəzi olan auditoriyalar yaradılmışdır.Tələbələrin biliyinin qiymətləndirilməsi üçün universitetin əməkdaşları və tələbələri tərəfindən müasir kompyuter proqramı hazırlanaraq müvəffəqiyyətlə tətbiq edilmişdir. Mühüm nəticələrdən biri də telekommunikasiya istiqamətləri bazasının tamamilə müasirləşdirilməsidir. Belə ki, AzTU-da müasir tipli elektron ATS quraşdırılmış, "ETİ" firmasının köməyi ilə kommunikasiya sistemləri üzrə güclü laboratoriya bazası yaradılmışdır. "Çoxkanallı telekommunikasiya sistemləri" kafedrasının bazası yenidən qurulmuş, "Radiotexnika" kafedrası radiosiqnalların ötürülməsi və qəbulu sistemi ilə təchiz edilmişdir. "Telekommunikasiya texnologiyaları və şəbəkələri" kafedrasında informasiya şəbəkələrinin təhlükəsizliyi ilə bağlı kadr hazırlığı məqsədilə müasir proqramlarla təchiz edilmiş laboratoriya kompleksi yaradılmışdır. Fakültədə TACIS proqramı əsasında yaradılmış xüsusi laboratoriya fəaliyyət göstərir. Laboratoriyadan həm tələbələr, həm də digər mütəxəssislər istifadə edirlər.
Hər bir ali təhsil müəssisəsinin uğurlarını təmin edən əsas amillərdən biri də yeni dövrün tələb və reallıqlarının maksimum dərəcədə nəzərə alınması, təhsilin məzmun və formaca müasirləşdirilməsi, maddi-texniki bazanın, infrastrukturunun yeniləşdirilməsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən AzTU-da ikisəviyyəli təhsil sisteminə - bakalavr və magistr hazırlığına keçilmişdir. Son illərdə universitetin avtomatika və kompyuter texnikası fakültəsində yeni tədris laboratoriyaları yaradılmışdır. Burada avtomatika və idarəetmə fənni üzrə 50-dən çox laboratoriya işini yerinə yetirmək üçün xüsusi qurğu alınmışdır. Energetik sistemlərin avtomatik idarə edilməsi ixtisası üzrə Fransanın ŞNAYDER firmasının hazırladığı müasir laboratoriya kompleksi yaradılmışdır. Eləcə də kompyuterlərlə təchiz edilmiş xüsusi laboratoriya təşkil edilmiş və paket proqramlarla təchiz olunmuşdur. Energetik sistemlərdə proseslərin idarə olunması üçün SCADA tipli intellektual və çoxfunksiyalı inteqrasiya olunmuş laboratoriya avadanlıqları da quraşdırılmışdır. Avtomatika və kompyuter texnikası fakültəsində "Mikrosoft" firmasının Akademiyası yaradılmışdır.Müasir tələblərə cavab verən maddi-texniki bazaya və professor-müəllim heyətinə malik olan AzTU təhsilin Avropa standartlarına uyğunlaşdırılması, Bolonya Deklarasiyasının şərtlərindən irəli gələn prinsiplərin respublikada tətbiqi istiqamətində də öncüllüyünü qoruyub saxlayır.Əvvəlcə, Dossent Fazil Həsənovun dekan olduğu Nəqliyyat fakültəsində,professor Mahir Bəşirovun dekan olduğu Elektotexnika və energetika fakultəsində,professor İlham Aslanzadənin dekan olduğu Mühəndis biznesi və menecment fakultəsində və Dossent Həsən Qurbanovun dekan olduğu Avtomatika və kompyuter texnikası fakultəsində , 2009-2010-cu tədris ilindən başlayaraq isə bütövlükdə universitetdə kredit sisteminə keçilmişdir. Universitetin fəaliyyətini səciyyələndirən mühüm cəhətlərdən biri də burada tədrisin, elmi-tədqiqat işlərinin istehsalatla sıx əlaqələndirilməsidir. Burada metallurgiya, maşınqayırma, nəqliyyat, avtomatika, telekommunikasiya, energetika və s. sahələr üzrə mühüm elmi-tədqiqat işləri aparılır və alınan nəticələr istehsalata tətbiq edilir."Azərbaycan Texniki Universitetinin elektrotexnika fakültəsində tədrisin müasirləşdirilməsi" adlanan layihə çərçivəsində "Elektroenergetika", "Avtomatika və informasiya texnikası" və "Avtomobillərin elektrik və elektron avadanlıqları" ixtisaslarının açılması və mütəxəssis hazırlığı həyata keçirilmişdir. Cənubi Koreya Respublikasının "Coica" beynəlxalq əməkdaşlıq təşkilatı ilə birgə böyük layihə reallaşdırılıb. Bunun nəticəsi olraq universitetdə imtahanlar tam şəffaf şəkildə həyata keçrilir.
Müasir dünyada rəqabətə davam gətirmək üçün dövlətlər ərazisinə, əhalisinə, təbii resurslarına deyil, məhz intellektual potensiallarına istinad edirlər. Bu reallıq fonunda Azərbaycanda innovasiya təfəkkürünə malik olan, cəmiyyətin, dövlətin daha intensiv inkişafına kömək edən kreativ və ixtisaslı kadrların yetişdirilməsi ali məktəblər qarşısında ən vacib məsələlərdən biridir. Müstəqil Azərbaycanın qazandığı böyük iqtisadi nailiyyətləri qabarıq hiss edən Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti də ölkədə elmin, təhsilin inkişafı naminə bütün imkanlarını səfərbər edir, dövlət başçısının alimlər qarşısında müəyyənləşdirdiyi vəzifələri gerçəkləşdirməyə çalışır.