Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (25-07-2015, 09:11)
Gözəl ənənəsi olan təhsil ocağı

Gözəl ənənəsi olan təhsil ocağı

 Bu qocaman təhsil ocağı Azərbaycan Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabadda (indiki Gəncədə) N.K.Krupskaya adına ikiillik Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayıb. 1943-cü ilin payızından Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu olaraq fəaliyyət göstərib. 2000-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun profili genişləndirilməklə Gəncə Dövlət Universiteti yaradılıb.  Fəaliyyet göstərdiyi 80 ilə yaxın bir müddətdə respublikamıza minlərlə yüksək ixtisaslı mütəxəsislər, pedoqoqlar bəxş edib. 

 

Hazırda universitetdə 8 fakültə, 13 şöbə fəaliyyət göstərir. Bakalavriat səviyyəsində əyani şöbədə 40 ixtisasda 5111, qiyabi şöbədə 7 ixtisas üzrə 601, magistratura səviyyəsində isə 394 nəfər olmaqla bütövlükdə  6106 tələbə təhsil alır.  Bakalavriat səviyyəsində 5712 tələbədən 1286 nəfəri dövlət sifarişi, 4426 nəfəri ödənişli, magistratura səviyyəsində isə 394 nəfərdən 138-i dövlət sifarişi, 256 nəfəri isə ödənişli əsaslarla təhsil alır. 2014-cü ildə respublikanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanları nəticəsində universitetin məzunu olan 132 nəfər bakalavr magistr adı qazanıb. Tələbələrdən 21 nəfəri Təhsil Nazirliyi tərəfindən təsis edilmiş "Gələcəyin  müəllimi" təqaüdünə layiq görülüb. Universitetdə 16 professor, 14 elmlər doktoru, 146 dosent, 181 fəlsəfə doktoru,  606 nəfər tədris - köməkçi heyət çalışır. Son ilin statistikasına görə, universitetdə 540 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 1 nəfər elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru dərəcəsi, 3 nəfər professor, 5 nəfər dosent elmi adı alıb. Professor-müəllim heyətindən 2 nəfəri əməkdar elm xadimi, 8 nəfəri əməkdar müəllim, 1 nəfəri əməkdar rəssam, 1 nəfər əməkdar ali məktəb işçisi fəxri adını daşıyır. 7 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub. Universitetə 2014-cü il martın 7-dən kimya elmləri doktoru, professor Yusif Yusibov rəhbərlik edir.   

Gözəl ənənəsi olan təhsil ocağı

Hal-hazırda universitet yüksələn xətt üzrə inkişaf edərək gozəl uğurlara imza atıb və atmaqdadır.  

Məlum məsələdir ki, cəmiyyətimiz üçün yaralı kadrlar yetişdirməyin  başlıca şərtlərindən biri keyfiyyətli maddi-texniki bazaya malik olmaqdır.Bu baxımdan GDU-da vəziyyət qənaətbəxşdir, keyfiyyətli təhsilə zəmanət verir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və 4 tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün  universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. Bütün təhsil müəssisələrində olduğu kimi, burada da nəzərdə tutulan təmir-tikinti  və abadlıq işləri yüksək keyfiyyətlə həyata  keçirilib və bu işlər davam etdirilir. Tədris binalarında təmir - bərpa işləri  başa çatdırılıb. Binaların daxili istilik sistemi bütövlükdə yenisi ilə əvəz olunub. 28 noyabr 2014-cü ildə isə kimya kafedrasında üzvi və bioloji kimya laboratoriyasının açılış mərasimi olub. Burada üzvi və bioloji maddələrin fiziki parametrlərini müəyyənləşdirmək mümkün olacaq. Zoologiya kafedrasında 1 laboratoriya, botanika kafedrasında 2 laboratoriya, kimya kafedrasında 3 laboratoriya mebellə tam təchiz olunub və avadanlıqlarla  təmin edilib.

   2015-ci ildə fizika və kimya kafedralarında yeni elmi-tədqiqat laboratoriyalarının açılışı planlaşdırılır. Fizika kafedrasında açılacaq laboratoriya alternativ enerji mənbələrinin elmi problemlərinin araşdırılmasına xidmət edəcək. Kimya kafedrasında açılacaq laboratoriya isə "Problem laboratoriya" olacaq. Bu laboratoriyanın əsas məqsədlərindən biri suyun kimyəvi analizidir.      

 

Gözəl ənənəsi olan təhsil ocağı

Tədris prosesində yeni informasiya texnologiyalarından  geniş istifadə edilir. Bu məqsədlə universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilib. Yeni kompüter avadanlıqları, ağıllı lövhələr və s. alınıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə "Aztelekom" tərəfindən bütün korpuslara "Fiber optik kabel"in çəkilişi həyata keçirilib.

   Universitetin 4 yataqxanası var. Ancaq həmin yataqxanalarda qaçqınlar yerləşdirildiyindən tələbələr o binalardan yararlana bilmirlər. Hazırda qaçqınlar təzə tikilən binalara köçürülsə də, hələ ki, onlar tələbələrin istifadəsinə verilə bilməz. Yaxın vaxtlarda yataqxana binalarının standartlara uyğun olaraq təmir edilməsi əsas məqsədlərdən biridir. 

   Tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə - "açıq dərs"lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin "açıq dərs"lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur. Artıq  layihənin icrası ənənəvi şəkil alıb. İlk dəfə olaraq biologiya-kimya fakültəsində botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Novruzovun  biologiya müəllimliyi və biologiya ixtisası üzrə  II kursunda "Taxıllar fəsiləsi" mövzusunda "açıq dərs"i keçirilib. "Açıq dərs"də Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi və həqiqi üzvü, əməkdar elm xadimi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin kimya kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Nazim Yusifov, Azərbaycan Texnologiya Universitetinin iaşə məhsullarının texnologiyası və turizm kafedrasının müdiri, biologiya elmləri doktoru Əhəd Nəbiyev, Gəncə Şəhər Təhsil İdarəsinin nümayəndəsi, orta məktəblərdən ixtisas müəllimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.           

Gözəl ənənəsi olan təhsil ocağı

  Danılmaz faktdır ki, təhsil müəssisələrində neqativ hallar ən çox semestr imtahanları zamanı baş verir.İmtahanlar zamanı şəffaflığı təmin etmək üçün universitetdə 2014-2015-ci tədris ilinin imtahanları 2 formada:yazılı və kompüterdə test üsulu ilə təşkil olunmuşdur.

  Test üsulu ilə verilən imtahanlarda testlərin sayı konkret olaraq hər biri bir bal olmaqla 50-dir. Dörd səhv  bir düz cavabı hesabdan çıxarır.

  İmtahanların rahat, problemsiz keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 fakültəni, magistratura və qiyabi şöbəni əhatə edən imtahanlar üçün 8 otaq ayrılıb. 200 kompüterin quraşdırıldığı bu otaqlarda gün ərzində  1600 tələbə imtahan verə bilir.

  Test sualları imtahana bir gün qalmış bunkerdə hazırlanır. Müəllimlər bunkerə dəvət olunur, bazaya yüklənmiş mühazirələr əsasında 50 sual tərtib edilir və imtahan vaxtı məxfiliyi qorunmuş həmin test sualları cavablandırılmaq üçün tələbələrə çatdırılır.

   Gəncə Dövlət Universitetində imtahanların təlimata uyğun keçirilməsi, qiymətləndirmədə obyektivliyə tam əməl olunması, şikayətlərin operativ təhlil edilib  nəticələndirilməsi  məqsədilə Apelyasiya komissiyası və İmtahan qərargahı fəaliyyət göstərir. İmtahan qərargahının sədri dosent Murad Vəliyevin məlumatına görə, əvvəlki imtahan sessiyası ilə müqayisədə  bu tədris ilinin qış imtahan sessiyasında narazılıqlar və şikayətlər çox azalıb. Düzdür, müraciət də, az da olsa narazılıq da var. Bunlar  sualların tərtibində texniki qüsurlara yol verilməsi ilə bağlıdır. Hər bir tələbənin müraciəti nəzərdən qaçırılmır, operativ surətdə araşdırılır, tələbə haqlıdırsa, şikayəti onun xeyrinə həll edilir. Bütün müraciətlər növbəti imtahan sessiyalarının təşkili və keçirilməsi işlərini təkmilləşdirməyə müsbət təsir göstərir. Bunların nəticəsidir ki, imtahanlar mütəşəkkil qaydada aparılır və yekunlaşdırılır. Tələbələr bir nəfər kimi imtahan prosesinə qoyulan tələblərə yüksək səviyyədə əməl edir, hətta imtahanları sanki bilik yarışmasına çevirirlər.    

Gözəl ənənəsi olan təhsil ocağı

Universiteti tanıdan və inkişaf etdirən amillərdən biri də onun beynəlxalq əlaqələridir.

   GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. GDU-nun beynəlxalq əlaqələrində Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" geniş yer tutur.

Universitetdə "Elektron universitet" layihəsi reallaşdırılıb. Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" universitetin təhsil və inzibati işlərin avtomatlaşdırılmış sisteminin yaradılmasına yardımçı olmağı öz üzərinə götürüb. İki milyon manatdan artıq vəsait tələb edən işi həmin təşkilat könüllü olaraq təmənnasız yerinə yetirəcək. Bunun üçün ilkin hazırlıq mərhələsi yekunlaşıb. Bu otaq gələcəkdə "Koreya mərkəzi" olacaqdır. Mərkəzdə həmçinin tələbələrin Koreya dilini öyrənmələrinə imkan yaradılacaq.

  GDU Türkiyənin "Mövlana" mübadilə proqramına qoşulub. Bu proqram çərçivəsində 20 ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanıb, 10-a yaxın müəllim və tələbənin sənədləri onların komissiyalarına göndərilib.

   Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Gəncə Dövlət Universiteti  ilə Fransanın Reyms Şampan-Arden Universiteti arasında beynəlxalq əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

   Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə müqavilələr bağlayıb. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət, Sumqayıt Dövlət, Texniki universitetləri, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri institutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.

  Gəncə Dövlət Universiteti Bakı şəhərində keçirilən Beynəlxalq təhsil və karyera sərgisində ən yaxşı təqdimata görə I yerə layiq görülüb.    

Gözəl ənənəsi olan təhsil ocağı

 

 Universitet Avropa Şurasına daxil olmayan dövlətlərdə ali təhsilin inkişafına, Bolonya prosesinin reallaşmasına kömək məqsədilə yaradılmış və Avropa Şurasının layihəsi olan "TEMPUS", bütün dövlətlərdə ali təhsilin Avropa modeli üzrə inkişafı məqsədinə, müəllim və tələbələrin mübadiləsinə xidmət edən "ERASMUS" proqramında iştirak edir. 2013-2014-cü tədris ilində iki tələbə "ERASMUS"dan bəhrələnib. Lakin 2014-2015-ci tədris ilində onların sayı 10 nəfərə çatıb. Həmin tələbələr İtaliyada, Fransada, Polşada və Finlandiyada bakalavriat, magistratura və doktorantura da təkmilləşməsinə imkan verəcək. Universitetin TEMPUS proqramı çərçivəsində qoşulduğu layihəyə əsasən Beynəlxalq əlaqələr şöbəsinin genişləndirilməsi nəzərdə tutulub. Qərb zonasında ilk dəfə əlil tələbələr üçün mərkəz açılacaq, onlar ali təhsil almaq imkanına malik olacaqlar.

   Universitet "ERASMUS+" proqramı çərçivəsində bir çox layihələrə qoşulub.  Həmin layihələrə bu yaxınlarda Avropa Şurasında baxılacağı gözlənilir. 

  Universitetdə aparılan elmi tədqiqatlar və yeniliklər diqqəti cəlb edir. Elmi-tədqiqat işlərinin təşkilinə xüsusi fikir verilir. Bu məqsədlə Universitet Tələbə Elmi Cəmiyyətinin iş planına uyğun olaraq hər il elmi-tədqiqat işlərinə xüsusi marağı olan istedadlı tələbələrin elmi konfranslarda, Respublika olimpiadalarında iştirakı təmin edilir.

   Belə ki, universitet və Respublika elmi konfranslarında çıxış edən tələbələrin elmi-tədqiqat işləri müvafiq illər üzrə Respublika Elmi Konfranslarının materiallarında və hər il çap olunan Gəncə Dövlət Universiteti "Tələbə və magistrantların elmi konfransının materialları" məcmuələrində işıq üzü görür.

   Ali məktəb tələbələrinin tədris olunan fənlərə marağını artırmaq, həmin fənlər üzrə onların hazırlıq səviyyəsini müəyyən, istedadlı tələbələri aşkar etmək məqsədi ilə hər il keçirilən  olimpiadalarda Gəncə Dövlət Universitetinin tələbələri də yaxından iştirak edirlər.  Ötən tədris ilində 43 nəfər tələbə Respublika olimpiadalarında fəal iştirak edib. Onlardan 1 nəfər biologiya ixtisası üzrə II yeri, 2 nəfər  (1 nəfər kimya, 1 nəfər biologiya ixtisası üzrə)  III yeri tutub, 1 nəfər isə ingilis dili ixtisası üzrə  IV yeri tutaraq həvəsləndirici mükafata layiq görülüb. Universitetdə 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Müasir biologiya və kimyanın aktual problemləri", "Əsrin müqaviləsi" adlı konfrans, "Riyaziyyat və İKT-nin tətbiq sahələri.Yeni tədris texnologiyaları" adlı beynəlxalq konfrans keçirilib. 29 dekabr 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tələbə və magistrantların elmi konfransı təşkil olunub. Elmi konfransda 30-dan çox tələbə və magistrant təhsil aldıqları ixtisasa uyğun elmi biliklərini və axtarışlarının nəticələrini nümayiş etdirib. Universitetin əməkdaşlarının, tələbə və magistrantların təkcə 2014-cü ildə respublikamızın nəşrlərində 592, xarici nəşrlərdə isə 160 elmi məqaləsi dərc edilib. Bununla yanaşı 2 monoqrafiya, 5 dərslik, 7 dərs vəsaiti, 62 proqram və metodik göstəriş işıq üzü görüb. Görkəmli yazıçı, əməkdar jurnalist, 40 kitabın müəllifi, Gəncə Dövlət Universitetinin  "Yüksəliş" qəzetinin redaktoru Qərib Mehdiyevə Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının Fəxri doktoru diplomu və "Altun yıldız" medalı verilib.      

 

Gözəl ənənəsi olan təhsil ocağı

Elmi-tədqiqat işlərində də dönüş yaradılıb. Aydındır ki,Gəncə Dövlət Universiteti Azərbaycanın qərb regionunda yerləşir. Əlbəttə, bu regionun müxtəlif məsələlər üzrə elmi tədqiqi daha səmərəli olar. Bu baxımdan da kafedraların beşillik elmi-tədqiqat işlərinin sırf qərb regionunun tədqiqinə həsr edilməsi qərara alınıb. Bu il də universitetdə elmi konfransların keçirilməsi ənənəvi olaraq davam etdirilir. May ayında Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilən elmi-praktik konfrans "Kimya-biologiyanın müasir problemləri"nə həsr olunmuşdur. Oktyabr ayında müstəqilliyimizin ildönümü münasibətilə " Qafqaz tarixinin aktual problemləri" adlı ikinci elmi konfrans Beynəlxalq səviyyədə keçiriləcək və xarici dövlətlərdən alimlər dəvət olunacaq.

   Son bir ildə əməkdaşların impakt-faktoru olan xarici jurnallarda 6 məqaləsi çap olunmuşsa, 2015-ci ildə bu tip məqalələrin sayının artırılması gözlənilir. Universitetin rəhbərliyi tərəfindən  həmin məqalə müəlliflərini həvəsləndirmək məqsədilə mükafatlandırılmaları nəzərdə tutulub.

    Magistrlərin elmi işlərinin də kafedraların elmi-tədqiqat işlərinə uyğunlaşdırılması nəzərdə tutulub. Bu həm kafedraların elmi-tədqiqat işlərinin aparılmasına yardımçı olacaq, həm də onların elmi tədqiqata maraqlarının artmasına, gələcəyin alimləri kimi yetişmələrinə imkan yaradacaq. 

   Tələbələrin bilik əldə etməsi üçün universitetin zəngin kitabxanası olmalıdır. GDU-da belə bir kitabxana mövcuddur. Kitabxananın ümumi fondu 590815 nüsxə təşkil edir. Bunlardan 362693-ü kitab, 71273-ü jurnal, 228122-si qəzetdir. Kitabxanada 362693 nüsxə ədəbiyyat saxlanılır. Bunlardan 50670-i elmi, 125987-si dərslik və dərs vəsaiti, 64122-si bədii, 121914-ü isə ictimai-siyasi ədəbiyyatdır. Kitabxananın qiraət zalı daim tələbələrlə dolu olur. 

   Universitetdə tələbələr ictimai fəallığı ilə seçilir.Belə tələbələr tələbə gənclər təşkilatında birləşir.

    GDU-da güclü tələbə təşkilatı mövcuddur. Universitetdə keçirilən tədbirlərin böyük əksəriyyətinə TGT təşkilatçılıq edir. 2014-cü il dekabrın 21-də  Tələbə Gənclər Təşkilatının və biologiya-kimya fakültəsinin birgə həyata keçirdiyi "Biz və onlar" adlı xeyriyyəçiliyi özündə əks etdirən layihə yekunlaşıb. Belə ki, müəllim və tələbələrin  iştirak etdikləri  xeyriyyə konsertindən əldə olunan vəsaitin hamısı yalnız uşaq evlərinə yardıma sərf olunub.    

Gözəl ənənəsi olan təhsil ocağı

   GDU-nun tələbələri həmçinin müxtəlif mövzularda keçirilən bilik yarışlarında, müsabiqələrdə də iştirak edib,

fərqlənirlər. Tələbələrin uğur qazandığı belə intellektual yarışmalardan biri də "Mer kuboku-2014"-dür.

   Gənclər və İdman Baş İdarəsi və Gəncə İntellektual Klubun təşkilatçılığı ilə ilk dəfə keçirilən "Mer kuboku-2014" adlı "Nə? Harada? Nə zaman?" intellektual oyununda əsas məqsəd tələbələrin intellekt səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin genişləndirilməsi, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi və s. olub.

   İntellekt yarışında Gəncə şəhərinin ali təhsil məktəblərini əhatə edən 20 komandanın 140 nəfər iştirakçısı mübarizəyə qoşulub. Üç mərhələdə keçən bu yarışda müəyyən vaxt çərçivəsində hər mərhələsində 12 sual olmaqla, ümumilikdə 36 suala cavab tapmaq lazım gəlib.  Qalib komandalara kubok, medal və diplomlar təqdim olunub.

  Yarışda iştirak edən Gəncə Dövlət Universitetinin "Eidon" komandası komandalar arasında ən yüksək göstəricilərə sahib olub  və  I yeri əldə edib. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Gəncə şəhərində ilk dəfə keçirilən və bundan sonra mütəmadi keçirilməsi qərara alınan "Mer kuboku-2014" adı altında "Nə? Harada? Nə zaman?" intellektual oyununda qalib gəlmiş komandanın üzvlərini-Royal Hüseynovu (komandanın kapitanı), Fikrət Fərhadlını, İbrahim Salayevi, Royal Məcidlini (iqtisadiyyat fakültəsinin IV kurs tələbələri), Nürəddin Hüseynovu ( fizika və texniki fənlər fakültəsinin tələbəsi) və Şövkət Orucovanı ( xarici dillər fakültəsinin tələbəsi) qəbul edib, universitetin şərəfini qoruduqları üçün onlara təşəkkürünü bildirib və mükafatlandırıb.    

Gözəl ənənəsi olan təhsil ocağı

 

GDU-da tələbələrin idmanın müxtəlif növləri üzrə hazırlaşmaları üçün də hər cür şərait yaradılıb. Şübhə yoxdur ki, onların lazımi səviyyədə təhsil almaları ilə bərabər, sağlam insan kimi yetişmələri də vacibdir. Son vaxtlar şəhər və Respublika yarışlarında, olimpiadalarda qazanılan nəticələr tam qaneedici olmasa da, müsbət nəticələr kimi qiymətləndirilə bilər. İdman gününə həsr edilmiş yarışlarda, Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyinə həsr edilmiş spartakiadada, aprel-may aylarında idmanın müxtəlif növləri üzrə ali təhsil müəssisələrinin Respublika spartakiadasında qız və oğlanlardan ibarət komandalar uğur qazanıblar. Voleybol üzrə qızlardan ibarət komanda respublika üzrə IV yerin sahibi olub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş Respublika üzrə ali məktəb əməkdaşları arasında keçirilən spartakiadada universitetin  stolüstü tennis komandası II yerə, futzal komandası III yerə, dama komandası  isə IV yerə layiq görülüb. Respublikada ali məktəb tələbələri arasında keçirilən çempionatda cüdo üzrə  Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi və idman ixtisasının IV kurs tələbəsi Səbuhi Bağırov   I yerə sahib olub. 
Göründüyü kimi Gəncə Dövlət Universitetinin uğurları sıralanan xətt üzrə düzülür.Burada görülən bütün işlər,verilən bütün əməklər keyfiyyətli və dünya standartlarına uyğun təhsil sistemi yaratmağa xidmət edir.Bu yolda universitetin rektoru Yusif Yusifov və humanitar məsələlər üzrə prorektor Asif Cəfərov əsl əzmkarlıq və iradə nümayiş etdirirlər.
Onların ən başlıca məqsədləri bu qocaman təhsil ocağının nüfuzunu regionda və bütün respublikada daha yüksəkliklərə qaldırmaqdır.Və bu yolda atılan addımlar görülən işlər göz önündədir.
   Çox təəssüf ki,bəzən uğurları,nailiyyətləri görməyən,ağa qara deyənlər də olur.Tənqid yaxşıdır,tənqid olmayan yerdə inkişaf  da olmaz.Amma başdan-ayağa qarayaxma,kor olub həqiqətləri görməmək heç də insafdan deyil.Bu nə insanlığa,nə də jurnalist etikasına yaraşan haldır.

 Mediatv.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024