Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-07-2015, 11:31)
Gəncə Dövlət Universiteti öz missiyasını şərəflə yerinə yetirməkdədir

 

 

 

 

Professor Yusif Yusibovun rəhbərlik etdiyi ali təhsil ocağında şəffaflıq, ictimai hesabatlılıq tam təmin olunur

Uzun illər ərzində akademik ənənələrin formalaşması sayəsində elmi tədqiqatların təşkili və tətbiqi istiqamətində geniş təcrübə qazanmış Gəncə Dövlət Universitetinin missiyasına kəsilməz və mərhələli təhsil prosesini təşkil etmək,  elmi mühiti formalaşdırmaq, intellektual səviyyəli müəllim kadrlarını və elm adamlarını yetişdirmək, bu kadrlarla Azərbaycanın təhsil və elmi müəssisələrini təmin etmək, Azərbaycan mədəniyyəti və incəsənətinin daha da inkişaf etdirilməsi daxildir.

Fikir azadlığı və fikirlərin müxtəlifliyi universitet cəmiyyətinin əsas dəyərlərindən biridir. Tədqiqat və təhsil prosesi birlikdə universitetin nüvəsini təşkil edir. Universitet geniş spektrli fundamental və tətbiqi tədqiqatlardan özündə cəmləşdirir. Avropa tədqiqatlarını özündə yüksək səviyyədə bəhrələnmək, təhsil əhatəsini genişləndirmək və yeniləşdirmək Gəncə Dövlət Universitetinin bu günü və gələcəyidir.

Universitiet planlı şəkildə humanitar, təbiyyət və dəqiq elmlər sahəsində aparılan  tədqiqatların cəmiyyətdə və praktikada təsirini balanslaşdırır və inkişafına zəmanət verir.

Elmi inkişaf və qlobal tədqiqat mərkəzləri ilə genişlənən əlaqələr Gəncə Dövlət Universitetində müxtəlif istiqamətlərdə elmi nəticələrin alınmasına imkanlar yaratmışdır. Tədqiqat nailiyyətləri və son illərdə Avropaya inteqrasiya, informasiya kommunikasiya texnologiyası, riyazi elmlər, kimya, biologiya və s. sahələrdə    yeni müasir tədqiqat sahələrinin meydana çıxmasına və qlobal elmi dəyişikliklərin yaranmasına imkanlar yaratmışdır. Gəncə Dövlət Universitetində Büküm tənliklər nəzəriyyəsi, Differensial və inteqral operatorlar nəzəriyyəsi sahəsində çox mühüm nəticələr alınmışdır. Büküm tənliklər nəzəriyyəsində büküm tənliklərinin, həmçinin sonlu və sonsuz büküm tənliklər sisteminin həllinin varlığı və yeganəliyi üçün zəruru və kafi şərt teoremləri, büküm opratorları  üçün approksimasiya məsələsi, Adamar məsələsi və bir sıra digər məsələlər verilmişdir. İlk dəfə olaraq isbat olunmuşdur ki, analitik funksiyaya büküm tənliyinin həlli kimi baxmaq olar. Analitik funksiyanın bu yeni tərifi Analitik funksiyalar nəzəriyyəsini yeni metodologiya və yeni terminologiya ilə yazmağa imkan verir. Alınan bu mühüm elmi nəticələr bir tərəfdən elektron texnologiyasının, həmçinin kompüter texnikasının, fundamental nəzəri məsələlərinin həllində böyük praktik əhəmiyyətə, həmçinin bir çox riyazi nəzəriyyələrin inkişafında mühüm əhəmiyyətə malikdir.İkinci mühüm elmi nəticələr ekosferanın və bioloji müxtəlifliyin qorunub saxlanması, biologiya və botanika sahəsində, Azərbaycanın Qərb regionun flora və faunasının tədqiqi sahəsində alınmışdır.Başqa bir tədqiqat sahəsi Kimya və biokimya sahəsidir. Bu tədqiqat sahəsində də bir çox praktik və nəzəri nəticələr alınmışdır.

Müasir era Azərbaycan Tarixi, fəlsəfəsi, ədəbiyyatı mədəniyyəti və incəsənəti kimi mühüm sahələrin inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu imkanlar Azərbaycanın hüquqi islahatlarına, Azərbaycanda siyasi fikir, siyasi sistemlər və iqtisadi-sosial inkişafa yol açmışdır.

Gəncə Dövlət Univeristeti Azərbaycan elminin yenidən qurulmasında mühüm işlər görür. Universitetin alimləri və gənc tədqiqatçıları bir sıra milli və beynəlxalq elmi nailiyyətlər qazanmışlar. Azərbaycan Milli Elmlər Akedemiyasının, Avropa Elmi təşkilatlarının və başqa beynəlxalq təşkilatların alimləri tərəfindən onların naliyyətləri yüksək qiymətləndirilmişdir.

Son illərdə universitetdə beynəlxalq əlaqələrin ginişlənməsi, xarici ölkələrin təhsil və elmi müəssisələri ilə əməkdaşlığa imkan vermişdir. GDU beynəlxalq əlaqələrin qurulmasına, genişlənməsinə və qabaqcıl dünya təcrübəsindən istifadə edilməsinə çox önəm verir. 1995-ci ildə Gəncə Dövlət Universitetində beynəlxalq əlaqələr şöbəsi yaradılmışdır. Elə həmin ildən etibarən GDU Avropa İttifaqının “TEMPUS” təhsil proqramı ilə əlaqə saxlamaq üçün fəal təşəbbüs göstərmişdir. Bu məqsədlə Fransanın Amien şəhərinin Jül Vern adına Prikardiya Universitetinin professor ekspertləri Sarqur Qamçal və Kolet Pikar GDU-nə dəvət olunmuşlar. Onlar professor, müəllim və tələbə heyyəti ilə görüşmüş, tədris laboratiyaları ilə tanış olmuş, fikir mübadiləsi aparmış, tələbə və müəllimlər qarşısında məruzələrlə çıxış etmişlər.

Avropa Birliyinin maliyələşdirdiyi Erasmus-Mundus Proqramı əsasında həyata keçirilən “Tələbə, magistr, aspirant, doktorant hazırlığı, professor və müəllimlərin Avropa Universitetlərində elmi-tədqiqat imkanları və  nəzəri b iliklərinin artırılması layihəsi” çərçivəsində beynəlxalq əlaqələr daha da genişləndirilmişdir. Bu layihə konsorsum üzvləri tərəfindən həyata keçirilir və konsorsiumda Hollandiya, Fransa, İtaliya, Portuqaliya, Yunanıstan, Bolqarıstan, Litva, Latviya, Azərbaycan, Gürcüstan universitetləri birləşirlər. Azərbaycan tərəfdən konsorsumda Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və Turizm Universitetləri iştirak edir.

Bundan başqa GDU Türkiyənin Kars Kafkaz Universiteti, Fransa Səfirliyinin Mədəniyyət Şöbəsi, Almaniya Respublikası Səfirliyi, Almanyanın “DAAD” təşkilatı, “Tasis” proqamı üzrə “Avropa dilləri öyrədilməsi mərkəzi”, Ingiltərənin Nottingem Trent Universiteti ilə əməkdaşlıq edir.

Kimya elmləri doktoru, professor YUSİBOV YUSİF ƏMİRALI OĞLU 2014-cü ildə Gəncə Dövlət Universitetinə rektor təyin olunandan sonra keçən az müddət ərzində Universitetdə müsbət yöndə nəzərəçarpan dəyişikliklər baş vermişdir. Belə ki, bu dəyişikliklər sırasında ilk növbədə qeyd olunmalı olan şəffaflığın, ictimai hesabatlılığın təmin olunmasıdır.

Professor Y.Yusibovun rəhbərlik etdiyi elmi-pedaqoji kollektiv Universitetdə gəncləri müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi tərbiyə etmək, onların vətəninə, xalqına, dövlətçiliyinə, tarixinə, qanunlarına, milli adət və ənənələrinə hörmət ruhunda inkişaf etmələrinə nail olmaq istiqamətində mövcud imkan və şəraitdən səmərəli istifadə edir. Tərbiyə işləri üzrə geniş tədbirlər planı hazırlanıb və mütəmadi olaraq həyata keçirilir. Tədrsin keyfiyyətinə kömək edən, gənclərdə vətənpərvərlik ruhu aşılayan, əmək və ixtisas yönümünə, fiziki tərbiyəyə istiqamətlənən tədbirlər reallaşdırılır, mədəni-kütləvi tədbirlərin keçirilməsinə önəm verilir. Tarixi-əlamətdar günlərin, yubileylərin, bayramların yüksək səviyyədə qeyd olunması diqqət mərkəzində saxlanılır. Müstəqillik illərində qazanılmış nailiyyətlərdən, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə gördüyü işlərdən ətraflı söhbət açılır. Ümumiyyətlə, Universitetdə gələcək ali ixtisaslı kadrların hazırlanmasında pedaqoji kollektivin hər bir üzvü öz bilik və bacarığını əsirgəmir, müstəqil Azərbaycanın gələcəyi naminə bütün işləri günün tələbləri səviyyəsində qurmağa çalışır.

Çox təəssüf olsun ki, GDU-da gedən inkişaf proseslərini gözü götürməyən bəzi qüvvələr (əslində onlara “qüvvə” demək yerinə düşmür-müəllif) destruktiv kütləvi informasiya vasitələrinin xidmətindən faydalanaraq, Universitetin  və onun rektorunun fəaliyyəti barədə hədyan məlumatlar yayırlar. Bu sıradan Yusif müəllimin guya hələ prorektor işləyərkən sabiq rektorun əleyhinə komanda düzəltdiyi və guya bəyənilməz böhtan kampaniyası aparmaqla, onun işdən kənarlaşdırılmasına müvəffəq olduğu barədə məlumatların ictimai rəyə buraxılmasını xatırlatmaq yetər (digərləri daha ürəkbulandırıcı olduğu üçün sadalamırıq - müəllif). Bu qarayaxma kampaniyasına onunla son qoyuldu ki, sabiq rector Yadigar Əliyev mətbuata müraciət edərək, məsələyə aydınlıq gətirməli oldu: “Bu gün köhnə və yeni rektorlar arasında heç bir konflikt yoxdur və olmamalıdır. Mən iki ilə yaxın dekan və bir ilə yaxın rektor vəzifələrində işləyəndə universitetimizin tədris işləri üzrə prorektoru olmuş professor Yusif Yusibov ilə birlikdə işləmişik. Bir-birimizə qarşılıqlı hörmətimiz olmuşdur və indi də var…”  Bununla da Universitetin kollektivi arasında ikitirəlik, nifaq salmaq istəyənlərin, çox hörmətli rektor Y. Yusibovun nüfuzuna xələl gətirmək istəyində olanların arzusu ürəyində qaldı. Söz yox ki, bu nüfuzlu ali təhsil ocağı və onun sayğılı rəhbəri barədə gündəmə sırışdırılan digər kompromat xarakterli məlumatlar da tezliklə sabun köpüyü kimi partlayacaq və onlara “qaynaq”, “etibarlı mənbə”kimi xidmət edənləri ifşa edəcək, iç üzlərini açıb göstərəcəkdir.

 

Hər şeyə rəğmən, tərifə münasibətdə  təvazökar, sağam tənqidə  isə dözümlü olan pr. Yusif Yusibovun rəhbərlik etdiyi Universitet öz qaynar həyatını yaşayır. Az əvvəl Gəncə Dövlət Universitetində yay imtahan sessiyası uğurla başa çatıb. Bir neçə gün ərzində davam edən  yazılı imtahanlardan sonra tələbələr kömpyüter vasitəsilə  test imtahanları veriblər. Onlarla aparılan müsahibələrdə imtahanların təşkilindən həddən artıq razı qaldıqlarını, oxumalarının bəhrəsini gördüklərini, şəffaflığın həlledici olduğunu xüsusilə qeyd ediblər. Bütün bunlar üçün Universitetin rəhbərliyinə öz təşəkkürlərini bildirməyi də unutmayıblar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025