Cəmiyyət (7-08-2015, 17:06)
ADAU-da müasir informasiya texnologiyalarının tətbiqinə geniş yer verilir
Azərbaycan Dövlət Aqrar Universitetinin aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələrinin yerləşdiyi tədris korpusunda vaxtilə istifadə olunmayan və istifadəyə yararsız binalarda əsaslı təmir və bərpa işləri başa çatmaq üzrədir. Bu işlərin yerinə yetirilməsində daha müasir informasiya texnologiyalarının tətbiqi məsələsi daim diqqət mərkəzində saxlanılır. Bütövlükdə universitetin tədris korpusları kompyuter, internet, elektron lövhələr, proyektorlarla təmin olunmuşdur. Kompyuter-tələbə nisbətinə görə təhsil müəssisəsi respublikada qabaqcıl yerlərdən birini tutmaqla yanaşı, burada movcud informasiya texnologiyalarının yenilənməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Buna misal olaraq göstərmək olar ki, iqtisadiyyat korpusunda təmir olunmuş auditoriyalarında tədrisin yeni məzmunda, o cümlədən mühasibat uçotu və audit fənlərinin müasir kompyuter proqramları ilə tədrisinin təşkili məqsədilə yeni təmir olunmuş binada Windows 8.1 64əməliyyat sistemli Acer Aspire Z3-615 i7 kompyuterləri quraşdırılıb.
Mediatv.az