Cəmiyyət (12-04-2016, 22:16)
Hansı dövlət qurumları ləğv edilməlidir-ekspertlər açıqlayır
Aprelin 11-də prezident Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalanıb. Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur. Bununla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edildiyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilib. Bir il əvvəl isə Dövlət Torpaq Komitəsi ləğv edilib. Əslində oxşar dövlət qurumlarının ləğvi və birləşdirilməsi müntəzəm olaraq gündəmə gətirilsə də, məsələ hələ də açıq qalır.
Mediatv.az xəbər verir ki, ekspertlər musavat.com-a oxşar qurumların ləğvi ilə bağlı gözləntilərini açıqlayıblar. Eyni zamanda, özəlləşdirmənin nə dərəcədə aktual olması ilə bağlı fikirlərinin bildiriblər.
Ekspert Natiq Cəfərli bildirib ki, hökumətin hansı addım atmasını nə etmək istədiyini doğru-dürüst anladıqdan sonra durumu şərh etmək daha məqsədəuyğun olardı: “İlin əvvəlində ölkədə böyük özəlləşdirmə proqramının olacağı haqqında məlumat yayıldı. Bu, pozitiv bir addım olardı. Böyük özəlləşdirmə proqramlarının həyata keçirilməsi və büdcə yükünün azaldılması müsbət addım olardı. Amma görürük ki, yeni dövlət agentlikləri, yeni dövlət qurumları yaradılır. Yəni bir yandan özəlləşdirmədən danışılır, bir yandan bəzi dövlət qurumlarının ləğv olunması, yaxud birləşdirilməsi məsələsi gündəmə gəlir.
Yaradılmış qurumların statusunun dəyişməsindən asılı olmayaraq, büdcədən maliyyələşib-maliyyələşməməsi məsələsi də açıq qalır. Məsələn, TQDK-nın yerinə yaradılmış qurum təbii ki, dövlətdən maliyyələşəcək. Amma bu qurumun ad dəyişikliyinin və ümumiyyətlə struktur dəyişikoiyinin mahiyyəti nədir, bununla bağlı heç kimdə doğru-dürüst məlumat yoxdur. Hökumət addımlar atmamışdan öncə heç olmasa, əhaliyə izah etməlidir bunun məntiqini, atılan addımların nəyə hesablanmış olduğunu deməlidir.
Bununla bağlı bizdə heç bir məlumat yoxdur. Yeni agentliklər də yaradılır. Yeni dövlət qurumları da yaradılır. Dövlət büdcəsindən maliyyələşən yeni qurumların yaradılması qənaət rejiminə keçmə məsələsini ikinci plana atır. Özəlləşdirmə haqqında son dövrlərdə ümumiyyətlə danışılmır. Yəni hökumətin doğru-dürüst yol xəritəsinin, proqramının olmaması əslində hansı addımların atıla biləcəyi ehtimalını verməkdə çətinlik yaradır. Şəxsi fikrimə görə, kiçik, effektiv hökumət olmalıdır, biz bunun tərəfdarıyıq. Hökumət modeli kiçik olmalıdır, effektiv, çevik olmalıdır.
Dövlət büdcəsindən daha az vəsait xərcləyən olmalıdır. Bunun üçün bəzi nazirliklərin birləşdirilməsinə, bəzilərinin ümumiyyətlə ləğv olunmasına ehtiyac var. Məsələn, yeni tikinti agentliyi yaradılır, amma onun əsasnaməsinin bəzi bəndləri açıqlanıb, görünür ki, bir çox tikinti ilə məşğul olan digər dövlət strukturlarının da funksiyalarını özündə ehtiva edəcək. Onda digər tikinti strukturlarının saxlanılması nəyə lazımdır? Bu, anlaşılan deyil. Ölkədə birbaşa və dolayısı ilə tikinti sektoruna aid olan ondan artıq dövlət qurumu var. Bunlar ləğv edilmədən yeni agentliyin yaradılmasına nə ehtiyac var idi? Bu suallar da açıq vəziyyətdə qalır? Mənim düşüncəmə görə, Gömrük Komitəsi ümumiyyətlə ləğv olunmalıdır. Ya maliyyə Nazirliyinin tərkibinə verilməlidir, ya da Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməlidir. Ayrıca bir dövlət qurumu kimi fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Elə bir ciddi funksiyası da yoxdur.
Amma sadəcə bu addımlar konseptual olmalıdır. Konsepsiya şəklində olmalıdır. Hökumət nəyi necə etmək haqqında öncədən insanlara məlumat verməlidir. Əslində atılan addımların hansı məntiqə xidmət etdiyini, son məqsədin nədən ibarət olduğunu söyləmək çox çətindir. Çünki hökumətin atdığı addımların aydan-aya fərqli-fərqli məqsədlərə xidmət etdiyi göz qabağındadır. Hökumət tərəfindən ayrıntılı açıqlama verilməsi çox yaxşı olar”.
Ekspert Vüqar Bayramov musavat.com-a bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi 2011-i ildə korrupsiyaya qarşı mübarizə və struktur islahatları ilə bağlı strateji sənəd hazırlayıb və hökumətə təqdim edib: “Həmin təkliflərdə Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi təklif olunurdu. O baxımdan düşünürük ki, bu addımın atılmasına ehtiyac var idi. Oxşar xidmətləri göstərən iki qurumun ayrı-ayrılıqda fəaliyyət göstərməsinə ehtiyac yoxdur. O baxımdan fondun nazirliyə birləşdirilməsi müsbət haldır. Artıq fond bu nazirliyin yanınd fəaliyyət göstərəcək. Yəni hökumət çalışmalıdır ki, fond nazirliyə birləşdirildikdən sonra ixtisarlara gedilməsin. Müəyyən kadrların, fondun aparatında ixtisarların olması mümkündür. Amma konkret olaraq pensiyaların verilməsi ilə məşğul olan fəaliyyət göstərən adi işçilərin ixtisar edilməsi məqsədəuyğun deyil. Əmək Nazirliyi çalışmalıdır ki, ixtisarlara getməsin. Çünki bunun sosial tərəfləri var. Xərclərin optimallaşdırılması həyata keçirilməlidir, bununla vəsaitlərə qənaət edilməsi mümkündür. Həmçinin Dövlət Gömrük Komitəsinin Vergiləır Nazirliyinə birləşdirilməsinin tərəfdarıyıq. Gömrük də vergi növüdür. Onunla bağlı ayrıca komitənin yaradılmasına ehtiyac yoxdur, öz vergi yığım funksiyasını nazirliyin yanında idarə kimi davam etdirə bilər. Yaxud su sektorunda Dövlət Su Agentliyinin yaradılması məqsədəuyğudnur. Bu istiqamətdə “Azərsu” var, Meliorasiya Açıq Səhmdar Cəmiyyəti fəaiyyət göstərir. Bir neçə qurumun fəaliyyəti məqsədəuyğun deyil, gərək vahid qurum olsun. Bu sahədə də vahid agentliyin yaradılması məqsədəuğundur. Enerji sektorunda da islahatların aparılmasının tərəfdarıyam. Nəzərə alaq ki, Dövlət Neft Fondu, eyni zamanda, Energetika Nazirliyi fəaliyyəti göstərir. Energetika Nazirliyinin ayrıca fəaliyyət göstərməsi məqsədəuyğun deyil.
Əslində İqtisadiyyat Nazirliyinin bir depatamenti kimi fəaliyyət göstərə bilər. Kənd Təsərrüfatı Nazirliyinin də fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bu nazirlik də İqtisadiyyat Nazirliyinin yanında departament kimi fəaliyyət göstətə bilər. Faktiki olaraq bu sektorda siyasətin çevikləşməsinə, həm də büdcə vəsaitlərinə qənaət edilməsinə imkan yarada bilər. Bir sıra kommunal xidmətlərin verilməsi ilə məşğul olan şirkətlərin də struktur islahatları çərçivəsində özəlləşdirməsi və idarəetməyə verilməsi məqsədəuyğundur.
İstiliklə məşğul olan “Azəristilik” Səhmdar Cəmiyyətinin özəllləşdirilməsi daha məqsədəuyğundur. Bu istiqamətdə dövlət vəsaitinə qənaət edilməsi və daha səmərəli istifadəsi mümkündür. Eyni zamanda, AZAL-ın özəlləşdirilməsi, gələcəkdə “Azərenerji”nin səhmlərinin satışa çıxarılmasına ehtiyac var. O da təbii ki, strukturun yüngülləşməsinə səbəb olacaq. İqtisaidyyat Nazirliyi yanındakı Antiinhisar Xidmətinin ayrılaraq ayrıca bir agentlik kimi, Rəqabətin Müdafiəsi Agentliyi kimi fəaliyyət göstərməsini təklif edirik. Belə bir praktika var. O baxımdan, struktur islahatlarının davam etidirilməsinə ehtiyac var və struktur islahatların əsas elementi olmalıdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024