Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-02-2015, 23:38)
Daha bir neçə dövlət qurumu birləşdirilə bilər

Ekspertlərin fikrincə, ölkədə hələ bir-birini təkrarlayan kifayət qədər dövlət orqanı var

Son günlər ölkə prezidenti tərəfindən bir sıra dövlət strukturlarında islahatlar aparılır. Belə ki, dövlət qurumlarından ilk əsas dəyişikliklərdən biri Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin ləğvi oldu. Prezidentin digər fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, səlahiyyətləri iki dövlət qurumuna verildi. Daha sonra prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda elektrik enerjisi sahəsinə aid "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Sərəncama əsasən, "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. Sənədə görə, bundan sonra "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

Bəs görəsən, Azərbaycanda daha hansı qurumların birləşdirilməsi və ya ləğvi gözləniləndir? Bu istiqamətdə islahatlar davam edəcəkmi?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov "Həftə içi"nə deyib ki, dövlət orqanlarında idarəçilik mexanizminin təkmilləşdirilməsi qaçılmazdır. Onun sözlərinə görə, indiki şərait idarəçilikdə çevikliyin artırılması tələb edir: "Təbii ki, həyata keçirilən islahatların müsbət nəticəsi olacaq. Çünki bu islahatlar birmənalı şəkildə dövlət qurumlarının idarəetmədə çevikliyinin artırılması, bir neçə qurumun birləşdirilməsi, hətta yeni qurumların, agentliklərin yaradılmasını ehtiva edir".

Vüqar Bayramov bu istiqamətdə islahatların davam etdirilməsini vacib sayır. Onun fikrincə, ilkin olaraq struktur dəyişikliyi su sektorunda reallaşdırılmalıdır. Çünki içməli və melorasiya sularının vahid mərkəzdə birləşdirilməsi daha məqsədəuyğundur. Bu isə həmin sektorda idarəetmə və dinamikliyin artırılamısına gətirib çıxara bilər. Ekspert hesab edir ki, Yanacaq və Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin İqtisadiyyat və Sənaye Nazirliyinə, digər qisiminin isə Dövlət Neft Şirkətinə verilməsi daha məqbuldur: "Fikrimcə, enerji sahəsindəki idarəetmənin mərkəzləşdirilməsinə ehtiyac var".

Mövcud qurumlardan 25 faizinin birləşdirilməsi mümkündür

Ekspert hesab edir ki, bu birləşdirmələrlə yanaşı, yeni qurumların yaradılması da vacibdir. Vüqar Bayramovun fikrincə, İqtisadiyyat və Sənaye Nazirliyi yanındakı Antiinhisar və istehlakçıların hüquqlarının müdafiəsi komitəsi xidmətinin nazirlikdən ayrılaraq müstəqil agentlik kimi fəaliyyət göstərməsi daha səmərəli ola bilər: "Çünki indiki vəziyyətdə iqtisadiyyatda rəqabət tələb olunur. Yəni İqtisadiyyat və Sənaye Nazirliyi yanında antiinhisar şöbəsi həmin nazirlikdən ayrılaraq, Rəqabətin Müdafiəsi Agentliyi kimi fəaliyyət göstərməlidir. Əgər bu yaxınlarda Rəqabət Məcəlləsinin də qəbul ediləcəyini nəzərə alsaq, bu addımın atılması olduqca vacibdir. Bütövlükdə struktur islahatları yalnız dövlət qurumlarının birləşdirilməsi deyil, eyni zamanda yeni qurumların yaradılmasını özündə ehtiva etməlidir. Bunlar isə idarəetməni daha asanlaşdıracaq və dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitlərin azalmasına gətirib çıxaracaq, qənaətin səmərəliyinin yüksəldilməsinə xidmət edəcək".

Vüqar Bayramov təmsil etdiyi qurumun bu mövzu ilə bağlı təkliflər paketini hələ 2010-cu ildə hökumətə təqdim etdiyini də xatırladıb. Onun sözlərinə görə, həmin paketdə bir-birini tamamlayan dövlət qurumlarının birləşməsi nəzərdə tutulurdu. Eyni zamanda, digər yardımçı qurumların da təmərküzləşməli olduğu vurğulanırdı: "Hesab edirik ki, ümumilikdə Azərbaycanda mövcud olan qurumların 25 faizinin ixtisar edilməsi və ya birləşdirilməsinin mümkündür".

Strukturun konsepsiya əsasında yaradılmasına ehtiyac var

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə "Həftə içi"nə açıqlamasında deyib ki, hökumət strukturu yaradılarkən müəyyən prinsiplərin nəzərə alınması mütləqdir. Onun fikrincə, dövlət vəsaitlərinə qənaət etmək üçün mümkün qədər yığcam bir hökumət yaradılmalıdır. Eyni zamanda dövlətin yerinə yetirdiyi funksiyalar nəzərə alınmalıdır:

"Hazırda Azərbaycanda nə Nazirlər Kabineti haqqında xüsusi qanun, nə də hökumətin formalaşdırılması ilə bağlı konsepsiya mövcuddur. Önəmli olan hökumətin özünün məsələyə funksional yanaşması və işqabiliyyətli hökumət yaratmasıdır. İndi nəinki dövlət qurumlarının, eləcə də həmin qurumların daxilində də kiçik bölmələrin yaradılması geniş yayılıb. Əvvəla bunların nə dərəcədə faydalılığı və vacibliyi nəzərə alınmalı, getdikcə ehtiyac duyulmayan qurumların ləğvi reallaşdırılmalıdır. Düşünürəm ki, hökumət strukturunun müəyyən olunmuş konsepsiya əsasında yaradılmasına ehtiyac var. Hazırda yeni yaradılan qurumların özlərinin fəaliyyəti ilə bağlı dəqiqləşdirilməsi vacib olan bir sistem mövcud deyil. Yəni hansı qurumun niyə komitə, hansının isə niyə nazirlik və yaxud agentlik olması ilə ətraflı müəyyənləşdirmə yoxdur. Ümumilikdə hökumət strukturu optimal olmalı, mümkün qədər az xərc bahasına fəaliyyət göstərməlidir".

"Proseslər davam edəcək"

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov da hesab edir ki, büdcədən maliyyələşən dövlət qurumlarında struktur dəyişikliyinin aparılması zəruridir. Millət vəkili "Həftə içi"nə açıqlamasında deyib ki, Azərbaycanda bir-birini təkrarlayan qurumların sayı kifayət qədərdir. Onun sözlərinə görə, bu yaxınlarda prezidentin sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, onun səlahiyyətlərinin Dövlət Əmlak Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilməsi institutsional islahatlar baxımından mühüm addımdır:

"Prezidentin sonuncu belə sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin adının dəyişdirilərək "Azərişıq" ASC adlandırılması ölkənin əsas elektrik enerjisi infrastrukturu vahid mərkəzdə birləşdirilib. Yəni bütün bunlar çox ciddi islahatlardır və çox güman ki, bu proseslər davam edəcək. Çünki hələ bir-birini təkrar edən xeyli sayda dövlət qurumları qalmaqdadır və həmin qurumların da birləşdirilməsinə ciddi ehtiyac var".

Sevinc

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024