Cəmiyyət (25-12-2015, 10:53)
“Xəzərdə sönən həyatlar”
Bu gün Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyi N.Qasımov adına 181 saylı Tekniki Peşə məktəbində Günəşli hadisəsinə həsr edilmiş “Xəzərdə sönən həyatlar” adlı mühazirə keçirtmişdir.
Mediatv.az xəbər verir ki, şəninə şerlər qoşulmuş,mahnılar bəstələnmiş,qırçın ləpəli ,göy gözlü Xəzərin dalgaları o gün şahə qalxmışdı.Pıçıltısı ilə insanları ovsunlayan xəzərim o gün nərə çəkirdi sanki,heç kimə,heç nəyə rəhm etmirdi…aguşuna alıb hər şeyi məhv edirdi.Xəzər çox qorxunc bir məhvərə dönmüşdü.Xəzər canlar alırdı…
Tədbir Xəzərin ənginliklərinə qərq olmuş həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra başladı.Tədbirdə muzeyin direktoru M.İsgəndərova,fond müdiri A.İsmayılova, peşə məktəbinin müəllimi A. Quliyev,məktəbin şagirdlərindən S.Heydərova,C.Məmmədov,A.Səfərli və başqaları çıxış edərək baş vermiş hadisədə neftçilərimizin fədakar əməklərindən,amansız təbiət hadisələrindən,baş vermiş faciədən ürək agrısı ilə danışdılar.Çıxış edən şagirdlər həlak olan neftçilərin gözü yolda qalan ailələrinə, övladlarına dərin hüznlə baş saglıgı verdilər və göz yaşlarını saxlaya bilmədilər.
Mehriban İsgəndərova,
Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru.