Sosial (17-12-2015, 20:36)
"Nardaran hadisələri və müasir gənclik"- FOTOLAR
Respublikamız müharibə şəraitindədi, bizim rayonumuz da cəbhə xəttinə yaxın bir bölgədə yerləşdiyinə görə bu gün biz muzey işçilərinin üzərinə çox böyük bir məsuliyyət düşür. Məktəblilər və gənclərlə hərbi-vətənpərvərlik mövzusunda mütəmadi tədbirlər keçirilir,söhbətlər aparılır, sorgular təşkil edilir, mütəmadi olaraq qədim yaşayış məskənlərinə ekskursiyalar həyata keçirilir.
Mediatv.az: Bu səpkidə tədbirlərimizdən biri də hərbi-vətənpərvərlik mövzusunda olan “Nardaran hadisələri və müasir gənclik”adlı dəyirmi masa ətrafında diskussiya oldu.
Hadisələrdən müəyyən bir vaxt keçsə də onun yaratdıgı təəssüratlar müzakirə obyektinə çevrilməkdədi.Bunu bu günkü diskussiyamızda daha aydın hiss etdik.Tədbirimizin qonaqları N.Qasımov adına 181 saylı Tekniki Peşə məktəbinin müxtəlif peşələrdə təhsil alan gəncləri,QHT-nin ,BGMSİ-nin nümayəndələri,mədəniyyət işçiləri idi.
Gənclərin Nardaran hadisələrinə baxışı, hadisələrin baş vermə səbəbləri,gedişi və son nəticəsi haqqında fikirləri müxtəlif olsa da, yekunda bir həqiqəti vurguladılar ki, heç bir hadisə dövlətimizə,dövlətçiliyimizə zərbə vura bilməz.
Çıxış edən gənclərdən Ş.Heydərova(ıı qrup ,dərzi),Y.Tanırverdiyev(ıı qrup qaz avadanlıgı),L.Səfərli(ıı qrup dərzi),C.Məmmədov,A.Hüseynova, G.Heydərova,A. Səfərli və b. Nardaran hadisələri və onun nəticələri haqqında geniş, dəqiq,düzgün müzakirə etdilər və hər zaman dövlətimizin,dövlətçiliyimizin siyasətini dəstəkləyəcəklərini,lazım gələrsə bu yolda canlarından belə keçməyə hazır olduqlarını bildirdilər.
Tədbirdə BGMSİ-nin icraçı direktoru A.Rəhimov,muzeyin fond müdiri A.İsmayılova,elmi işçi N.İmanova, bələdçi A.Namazova,bərpaçı rəssam Ə.Nəbiyeva,muzey baxıcısı S.Şirinova və b. çıxış etdilər.
Mehriban İsgəndərova,
Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru.
