Dünya (Bu gün, 11:23)
Türkiyədə fəlakət səviyyəsindədir: Bakıda da yayılıb – Deputatdan dövlətə çağırış

“İstanbulda dostlarla oturduğum məkanda demək olar ki, bütün qızların ya damağında siqareti, ya da qarşısında siqaret qutusunu görə bilirdim. Dostlarım söylədi ki, bu mənzərə Bakıda da xeyli yayğınlaşıb. Bu səviyyədə olmasa da, ancaq adiləşdiyini söyləmək mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, Bakıda kafe, çayxana və bar məkanlarına baş çəkmədiyinə görə bu barədə təsəvvürləri sadəcə çevrəsindəki insanların söylədiklərindən qaynaqlanır:
“Dərhal bu siqaret aludəçisi olan yetkinlik yaşına çatmamış lisey öyrənciləri və ya ali məktəb tələbələrini bir ana obrazında təsəvvür etməyə çalışırsan və dəhşətə gəlirsən: bu, dünyaya gətirəcəyi körpənin sağlamlığını heç düşünmür? Evə dönüşündə siqaret qoxusunu atası, anası, qardaşı necə olur ki, hiss etmir? Hiss edirsə, niyə bu pis vərdişi önləməyə çalışmırlar? Hələ narkotik bəlasını mövzuya qatmaq istəməsəm də, son vaxtlar Türkiyədə bu şəbəkəyə qarşı başlayan total dövlət tədbirlərini məmnuniyyətlə qarşıladığımı açıqca duyururam. Həm də işi imtiyazlı təbəqələr, tanınmış şəxslər üzərindən aparmaları olduqca diqqətçəkici məqamdır. Çox istərdim ki, Azərbaycanda da qanunvericiliyin sərt üzü narkotik aludəçisi olan, onun satış şəbəkəsində yer alan tanınmış şəxslərə doğru yönəlsin. Cəmiyyət görsün ki, bu rəzil yaşamı sürdürən kimlər varsa, onlara da güzəştə gedilmir. İnanın ki, bu adamların ifşası potensial narkotik aludəçisi ola biləcək xeyli insan üçün “Dur!” siqnalı mahiyyətində ola bilər”.
Millət vəkili bildirib ki, müvafiq qurumların əlində yetərincə dəqiq məlumatlar var və bu prosesə ümummili xilas məsələsi kimi yanaşılarsa, ciddi nəticələr əldə etmək mümkündür:
“Türkiyədə qızlar arasında fəlakətli səviyyədə yayğınlaşan siqaret aludəçiliyi ailə faciələrinə səbəb olacaq mahiyyətdədir və məni hədsiz narahat etdi. Əslində bu, ictimai nadanlığın formalarından biridir. Eyni nadanlığı Azərbaycanda gənclər arasında getdikcə kütləviləşən tatunun (döymənin), burun, dodaq deşdirib sırğa taxmağın modaya çevrilməsində də görə bilirik. Bu sırğasevərlərə sırğanın təyinat yerini kimsə evdə və ya məktəbdə doğrudanmı anlada bilməyib? Şükürlər olsun ki, bir deputat olaraq qanunvericilik təşəbbüsü qaydasında elektron siqaretin qadağan olunması baqədə təşəbbüsüm Milli Məclisdə dəstəkləndi və artıq aprel ayının 1-dən qanun qüvvəyə minəcək. Əlbəttə, işləyib-işləməməsi cəmiyyətin ictimai qınağından asılı məsələdir və insan sağlamlığına yönəlik biganəliyi addımbaşı müşahidə etdiyimdən, elə də ümidli deyiləm.
Bəs neçə illərdir qapalı yerlərdə istifadəsini məhdudlaşdırdığımız siqaretlə, qəlyanla bağlı nə edək? Hələ də məktəblərin belə qarşısından yığışdıra bilmədiyimiz bu məkanlardan pul qazananlar öz övladlarını göz önünə gətirib nəsə düşünə bilirlərmi? Xüsusilə gənc qızları, daha doğrusu, sabahın anası olacaq Azərbaycan qızlarını siqaret aludəçiliyindən, qəlyan aludəçiliyindən necə xilas edək? Yolunu bilirsinizsə, təkliflərinizi deyin. Mən bu məsələyə böyük fəlakət kimi baxıram, ancaq özüm də konkret çözüm yolunu bilmədiyimi etiraf edirəm”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
20 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
























