Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-12-2015, 17:02)
“Azərbaycanı ucaldan və müstəqilliyə qovuşduran lider”

 “Azərbaycanı ucaldan və müstəqilliyə qovuşduran lider”

 

10 Dekabr 2015-ci il tarixdə Ümummilli lider H.Əliyevin vəfatının 12 illiyi münasibətilə Tarix-Diyarşünaslıq muzeyi və MKS ilə birgə keçirilən “Azərbaycanı ucaldan və müstəqilliyə qovuşduran lider” adlı elmi-nəzəri konfrans

 

 

Mediatv.az xəbər verir ki, 10 dekabr 2015-ci il tarixində Beyləqan rayonu MKS-nin konfrans zalında Ümummilli lider H.Əliyevin vəfatının 12 illiyi münasibətilə Tarix-Diyarşünaslıq muzeyi MKS ilə birgə “Azərbaycanı ucaldan və müstəqilliyə qovuşduran lider” adlı elmi-nəzəri konfrans keçirmişdir. Konfransda Tarix-Diyarşünaslıq muzeyinin və MKS-nin işçiləri, rayon Mədəniyyət şöbəsinin müdiri, Beyləqan yazarları və b. iştirak etmişdir.

Tədbir Ulu öndər H. Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sükutla anmaqla başladı.

Ümummilli lider Heydər Əliyevin vəfatının il dönümü ilə əlaqədar hər il olduğu kimi, bu il də Beyləqan rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır. Hamımıza məlumdur ki, Heydər Əliyev öz güclü siyasəti ilə Azərbaycan dövlətini parçalanmaqdan xilas etdi və ölkəmizi Qafqazda güclü dövlətə çevirdi. Məhz Ulu öndərin 1990-cı illərdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan dövləti həqiqi müstəqil dövlət kimi bütündünyada tanınır.

Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri N. Mirzəyev Ulu öndərin siyasi fəaliyyətindən, mədəniyyətə qayğısından söz açdı. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş və bununla da tarixi proseslərə təsir göstərmiş H.Əliyevin hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyət oldugunu vurguladı. O, hər bir sahəyə oldugu kimi, mədəniyyət sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşırdı. Mədəniyyət işçilərinin və İncəsənət xadimlərinin işlərini qiymətləndirir və mükafatlandırırdı. Mədəniyyətin inkişafı üçün lazımi tədbirlərin görülməsi ilə bağlı tarixi sərəncamlar vermişdir.

Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru M. İsgəndərova, MKS-nin direktoru G. Məmmədova, “Quruluş” qəzetinin redaktoru M. Əliyev, kitabxananın şöbə müdiri Q. Fərhadova, Beyləqan Ədəbi Birliyinin üzvü və “Beyləqan” qəzetinin redaktoru E. İsrafiloğlu, İnnevativ Gənclər Mərkəzinin direktoru R. Əhmədov, folklorşünas S.Beyləqanlı, Beyləqan Ədəbi Birliyinin üzvləri R. Budaq, B. Fərmanzadə, F. Hilaloğlu, A. Kərimoğlu, S. Fətişoğluvə başqaları da dahi siyasətçinin siyasi fəaliyyəti haqqında məlumatlar verdilər.

 

Alimə Namazova,

Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinin bələdçisi

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
21 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
20 07 2025
19 07 2025
19 07 2025
19 07 2025