Mədəniyyyət (11-12-2015, 18:04)
Azərbaycanda erkən tunc dövrü muzey əşyalarının dili ilə- FOTOLAR
10 Dekabr 2015-ci il tarixdə Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyi Namiq Allahverdiyev adına şəhər 1 saylı tam orta məktəbin 6- cı sinif şagirdlərinin "Azərbaycanda erkən tunc dövrü muzey əşyalarının dili ilə" adlı tarixi dərsinə ev sahibliyi etdi.
Mediatv.az xəbər verir ki, tədbir Ulu Öndərin Açıq səma abidə muzey kompleksindəki barelyefinin önünə gül dəstələri qoyulduqdan sonra başladı...
Muzeydə ekspozisiya salonunda 12 bölmə,16 guşə var. Bu eksponatlar xronoloji ardicilliqla bölmə və guşələrdə öz əksini tapmışdır.
Muzeyin ekspozisiya salonunda “Qədim dövr” bölməsi qarşısında tarix müəllimi Vüqar Abbasov şagirdlərə tunc dövrü haqqında geniş məlumat verdi. Şagirdlər erkən tunc dövrünə aid dərslikdə oxuduqları materiala uygun ekponatlara böyük maraqla baxdılar.Tunc dövrünə aid bəzək əşyaları, obsidian, daş çapacaqlar,tək qulp qablar, güldanlar və bardaqlar haqqında maraqlı və dəyərli məlumatlar əldə etdilər.Muzeyin bələdçisi A. Namazova tunc dövrünə aid materialların tapıldıgı qədim yaşayış məskənləri haqqında şagirdlərə mühazirə oxudu və ekspozisiya salonuna baxış keçirildi.
Mehriban İsgəndərova,
Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru.