Cəmiyyət (25-11-2015, 12:18)
“MTN” və “Xüsusi İdarə” bədii-sənədli romanları çap üçün hazırdır
Məlum olmayan çox mühüm məsələlər bu kitablarda öz əksini tapır
Təhlükəsizlik qüvvələrinin keçmiş zabiti, politoloq, yazıçı-jurnalist, təhlükəsizlik məsələlərilə bağlı 28 kitabın müəllifi olan, professor Rövşən Novruzoğlunun (Vəlizadə) “MTN” və “Xüsusi İdarə” romanları artıq hazırdır. Müəllif uzun müddət idi ki, bu istiqamətdə tədqiqatlarını aparırdı. Fakt və sənədlərin toplanması, araşdırılması, öyrənilməsilə məşğul idi. Kitablar uydurma, saxta dedektiv elementlərindən uzaqdır. Hər iki kitab mənəvi əxlaqi dəyərlərdən, vicdanını itirmiş və ləkəli gəzən generalların həyatından, ailə və övladlarından, cəmiyyətdə tutduqları mövqelərdən, sərvət və şöhrət üçün əxlaqrlarını, ləyaqətlərini qoymuş saxta, şərəfsiz, təhlükəsiz orqanlarına soxularaq ölkə başçısını, ailələrini... və nəhayət özlərini aldadan “çekistlərin” həyatından bəhs edir.
Müəllif sual verir. Nə üçün belə oldu? Kitablarda qoyulan kadr siyasəti məsələsi, namuslu və vicdanlı adamlara qarşı hörmət və ehtiramın qaytarılması, “Şərəfli çekist” adının qorunub saxlanması, əvvəlki şöhrətin bərpa edilməsi diqqətdədir.
Xarici kəşfiyyat və MTN, Xarici Kəşfiyyat və Xüsusi İdarə məsələləri, rüşvət və korrupsiya, qadın və silah alveri, narkotika, əxlaqsızlıq yuvaların saxlanılması, killer axtarışları çirkli pulların yuyulması, talançılıq, dövləti və dövlət başçısını yalan məlumatlarla aldatmaq kimi qeyri-insani hərəkətlər romanlarda öz əksini tapır. Kitablarda hər kəs öz adı ilə çağrılır.
Hər iki kitab müəllifin ağır axtarışları, tədqiqatları sayəsində yazılıb.
Müəllif: Hər iki kitab tariximiz olaraq qalacaq. Milli Təhlükəsizlik ölkənin, dövlətin onurğa sütunudur. Bu sütunu qorumaq hər birimizin şərəf işidir.
Mən bu tədqiqatlarla istintaq materiallarına mane olmuram. Qoy istintaq öz işini aparsın.
Çünki kitablarda digər, hamını çox düşündürən məsələlər də var. Onladan biri də Rabitə Naziri Əli Abbasovun taleyidir. Bu kitablar əsasında filmin çəkilməsi məsələsi də gündəmə gətirilib.
Xalid
Xeberinfo.com: