Gündəm / Karusel (6-11-2015, 15:21)
Azərbaycan üçün təhlükəli çox şey var
Təhlükəsizlik Nazirliyində bütövlükdə 34 nəfər zabit vəhhabilərin himayəçisinə çevrilib... bir o qədər də nurçu var
Hər il ölkədən təqribən 1 milyard dollar dəyərində iqtisadi kəşfiyyat informasiyaları çıxarılır
Bir MTN zabiti görmədim ki, baş verən olaylardan sonra könüllü istefa versin
Eldar Mahmudov cənablarına ilk rütbəni ABŞ-ın MKİ-də veriblər...
Araşdırma materiallarına görə son iki ildə Azərbaycanın rayon, şəhər və kəndlərində Vəhhabilərə məxsus 176 kiçik bazar, dükan, market... açılıb. Hazırda respublika regionlarında 11 Vəhhabi ədəbiyyatını satan, yayan, təbliğ edən nəşriyyat fəaliyyətdədir. Dörd nəşriyyat Nurçular üçün müxtəlif ədəbiyyat çap edir, bir nəşriyyat isə insanları cihada çağıran kitablar yayır. Gecələr şiə mollaları üçün vəhhabi təlimləri keçən məcidlərimiz var. Yas yerlərində, qəbistanlıqlarda vəhhabi təlimlərilə moizlər oxuyur, xaricdə nəşr olunmuş və müxtəlif yollarla respublikaya gətirilən, anti-Azərbaycan fikirləri təbliğ edən kitablar təbliğ olunur. Bəzi mollalar həmin kitabların həvəslə satılmasını da təşkil edirlər.
Biz bütün bunları, hələ demək istədiyimiz neçə-neçə fakt və məlumatları xaricdə çap olunan mətbuat səhifələrindən seçmişik. Maraqlıdır ki, Azərbaycan Prezidentinin 17 oktyabr 2015-ci il sərəncamından sonra ingilis mətbuatı iddia edir ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində bütövlükdə 34 nəfər zabit vəhhabilərin himayəçisinə çevrilib... bir o qədər də nurçu var. Hərbi əks-kəşfiyyat İdarəsinin işdən uzaqlaşdırılan keçmiş rəisin-general mundiri altnda Orduya, Silahlı Qüvvələrə, qoşun kontingentinə vurduğu zərbə daha ağır olub. Məsələn Böyük Britaniyada nəşr olunan “Difens” (De fence”), yəni “Müdafiə mətbu orqanı yazır ki, “Doğrudanmı bu adamlar azərbaycanlı olublar?”
Şübhəsiz, Eldar Mahmudovdan tutmuş, onun ətrafına yığılan və MTN-də kök atan insanlar Azərbaycan vətəndaşdırlar. Ancaq neçə vətəndaş? Milli mənliklərini, insani dəyərlərini, xalqa və millətə xas olan dəyərlərini itirən “Vətəndaş”...
Mən qəssab dükanlarından, dəlləkxanalardan, həyət-baca süpürən xadimələrdən... ayda 10 manat haqq alan MTN-zabitinin hansı təfəkkür sahibi olduğunu anlaya bilmirəm. (?)
Məlumata görə MTN-in yazılmamış qanunları əsasında yerlərdə, ayrı-ayrı beynəlxalq simpozium və konfranslarda... və nəhayət ölkə başçısı və onun müşavirləri yanında, ümumiyyətlə cəmiyyətdə yüksək intellekt sahiblərini, müdrik və ağıllı ziyalılarımız, alim və tədqiqatçılarımızı gözdən və nüfuzdan salan, onların irəliləməsinə əngəl yaradan, onları şər və böhtan, yalan məlumatlarla vurub sıradan çıxaran “Xüsusi təmizləmə bürosu” da yaradılmışdı. Bizim millətin əcaib məxluq kimi qəbul edib, onu təhqir edən E.Mahmudovun qurduğu Təhlükəsizlik Nazirliyini anlamadım.
“Din və Təhlükəsizlik” məsələsi” Nazirlikdə sıfıra bərabərdir. Nazirliyin zabit heyəti işğal olunmuş ərazilərimizdə hansı proseslərin getdiyini bilmirlər. Uzun müddət idi kİ, bu zabitlər “İnternet” saytlarının yalan məlumatlarını nəşriyyat materialları kimi ölkə başçısına ötürürdülər.
İqtisadi kəşfiyyata gəlincə... demək olar ki, bu qurum həmişə iflic vəziyyətdə dayanıb. Eldar Mahmudov imkan verməyib ki, bu qurum işləsin. Oradakı yüksək ixtisas sahiblərinin biliyindən... düzgün istifadə olunmayıb.
Parisdə nəşr olunan gündəlik “İqtisadçının tribunası” qəzeti icmallarında iddia edir ki, Azərbaycan MTN-dəki İqtisadi Kəşfiyyat qrupunun zəif davranışları nəticəsində hər il ölkədən təqribən 1 milyard dollar dəyərində iqtisadi kəşfiyyat informasiyaları çıxarılır. Yanacaq resursları ilə zəngin olan Azərbaycan hər il milyard dollar həcmində (bəlkə də çox) sərvət itirir... Bu strateji, dövlət üçün əməliyyat kəsb edən bu informasiyalar hara gedir və nə üçün?
1945-ci ildə hakimiyyətə yenidən qayıdan ingilis U.Çörcell çıxışlarının birində qeyd edirdi. “...Öz ölkəsini və dövlətinin başçısını zəif hesab edən diplomat və yaxud təhlükəsizlik generalı...xanı olaraq qalır...”
Maraqlı cəhətlərdən biri budur ki, hələ unduyədək (söhbət 17 oktyabr sərəncamından sonra) bir MTN zabiti görmədim ki, baş verən olaylardan sonra könüllü istefa verib işdən çıxıb getsin. Görünür bizdə o mədəniyyət hələ yoxdur... ABŞ-da nəşr olunan “Nyusdey”, “Vaşhinqton Post”... qəzetləri də Azərbaycan MTN-nin olayları ilə bağlı sil-silə yazılar, informasiya blokları nəşr edirlər. Məsələn Vaşinqtonda nəşr olunan “Kavert əəkmi” qəzeti. Qəzet əsasən kəşfiyyat xarakterli materiallar yazır. Azərbaycan MTN ilə bağlı silsilə yazılar nəşr edib.
Maraqlıdır ki, Vaşinqton mətbuatı artıq Dövlət Departamentinə istinadən məlumat verir ki, Azərbaycan MTN- ilə bağlı fakt və sənədlər toplusu yəni “Məxfi Qovluq” cənab İlham Əliyev elə Bakının özündə verilib. Prezident bir müddət həmin qovluğa inanmayıb. Lakin faktlar bir-birinin təsdiqini tapdığı prezident daha dayana bilmədi, rəsmi sərəncam verdi. Jurnal yazır: “...Azərbaycan təhlükəsizlik sistemi yenidən ən güclü qurumlardan birinə çevriləcəkmi?...”
Şübhəsiz, nəyin bahasına olursa-olur ölkənin MTN-“ özünün təqribən 70-ci yaxud 80-ci illərdəki vəziyyətinə qayıtmışdır. Ümumiyyətlə Azərbaycan Təhlükəsizlik sistemi son 20 ildə özünü Beynəlxalq Miqyasda təsdiq edə bilmədi. Kimi rəhbər təyin etdilərsə o, ancaq özünə, ailəsinə işlədi... Biz necə millətə çevrildik, anlamıram... Bu təhlildə ABŞ-da nəşr olunan” “News Week” (Nyusyuk – həftə yenilikləri”) qəzeti Azərbaycan MTN-dəki əyintiləri şərh edərkən, bir az qabağa gedir. 1994-cü ildə (indiki Hərbi-Əks Kəşfiyyat İdarəsi) bəhs edir, orada vaxtilə görülən işlərdən danışır. Məsələn həmin yazılardan birində (Daha doğrusu icmallarda) oxuyurdu: “...Azərbaycan Milli Təhlükəsizlik sistemində Xüsusi İdarə “Federal Təhqiqat Bürosu” kimi qurulmuşdu. Lakin bu yeni qrumu yaradan Azərbaycan Prezidenti KQB-generalı Heydər Əliyev ilk dəfə öncə Almaniyanın, İsrailin, Böyük Britaniyanın, Fransanın və İranın təhlükəsizlik nizamnamələrinə diqqət etmişdi... Vaşinqton belə bir idarənin formalaşmasından ehtiyat edirdi. Fakt belə bir idarə yeni idi və ora çox tanınmış məşhur bir çekist – Şəmsi Rəhimov gətirilmişdi. Heydər Əliyev ona, köhnə KQB- dostuna çox inanırdı. Lakin az keçmədi onu, Azərbaycan xalqına və millətinə sədaqətli olan bir adamı aradan götürdülər... Bizim təhlillərimizə görə killer kənarda deyildi. O lap göz önündə idi...
Sonra bu qurumda rüşvətxorluq, kadr pozğunluğu, ləyaqətsiz işlər baş alıb, getdi. Nəticədə onu MTN-nə birləşdirdilər. Amma çiçəklənmiş korrupsiyanı və ləyaqətsizliyi dərhal da general rütbəsi verilən adam milli kadr deyildi... və nəticədə həmin adam ölkədə əsl “Milli Korrupsiyanı” yaradanlardan birinə çevrildi...”
İngilis təhlilçiləri iddia edirlər ki, MTN-nə daha doğrusu Eldar Mahmudov cənablarına ilk rütbəni ABŞ-ın MKİ-də veriblər... Biz bütün bu ciddi məsələləri bir tərəfə qoyub, başqa bir xətdə dayanmaq istəyirəm.
Keçirdiyimiz rəy sorğusuna görə (1000 nəfərin ilkin rəyi) sual etdiyimiz 1000 nəfərdən 843 nəfəri vaxtından qabaq MTN-ə birləşdirilmiş Xüsusi İdarə yenidən ayrlıb, Prezident Yanında Xüsusiyə çevrilsin. Yəni itirilmiş şöhrətin qayıtması üçün bu addımı atmaq hökmən lazımdır. Bu bizim təhlükəsizliyin nəticəsidir.
Mərhum Şəmsi Rəhimovun başçılıq etdiyi Xüsusi İdarə az müddət ərzində killer Hacı Məmmədovun işini açdı. Əlbəttə o vaxt Bakı Şəhər Polis İdarəsinə başçılıq edən general Məhərrəm Əliyevin iştirakı ilə... Sonradan Eldar Mahmudov “Qara kəmər” adı ilə bu məsələni özəlləşdirdi. Nəticədə onlarla adam general rütbəsi adlı, ordenlər, medallar verildi. (Bütün bunlar haram idi).
Mərhum Şəmsi Rəhimovun qurduğu Xüsusi İdarədən cəmi bir nəfər qaldı. O, çirkaba, əyintiyə və haqsız, ədalətsiz işlərə qol qoymadığı üçün çox çətinliklə baş alıb gedən rüşvət və korrupsiyaya sədd çəkən şəxs olduğu üçün salamat çıxdı. Çətin də olsa, cənab prezident onu görə bildi, onu soruşdu və ulu öndər Heydər Əliyevin kadrı kimi ona etimad göstərdi. Bir gün həmin şəxs – general mayor Hafis Musayev hərbi əks-kəşfiyyatı idarəsinə rəis kimi təyin olundu... Kadrlar isə dağılmışdı. E.Mahmudov – N.Şirinov cütlüyü həmin idarəyə şəxsən vaxtilə göndərilmiş 38 nəfər çeksti qovub işdən uzaqlaşdırdılar. Nəticədə Azərbaycanda yeni bir polis idarəsinin yaranmasına rəvac verildi. Milli Təhlükəsizlik Nazirliyinin şərəf və ləyaqəti rüşvətlə mövqe tutan adi polis işçisinin niyyətinə satıldı.
Prezident Yanında Xüsusi İdarə qayıtmamışdır. Çünki o, ulu öndər Heydər Əliyevin əmanət və yadigarı idi. Xalq və millət üçün qoyulmuş əmanətə isə artıq xəyanət edildi.
General Mədət Quliyevin təyinatı isə düz seçildi. Fikrimcə onu rüşvət və korrupsiya ilə, yalan və şər, böhtan dolu məlumatlarla nə sındırmaq olar, nə də çatdırmaq...
Rövşən Novruzoğlu
Ekspert, MTN-nin keçmiş əməkdaşı, professor, politoloq. Korrupsiyaya və Terrora qarşı Strateji Mərkəzin Direktoru
Xeberinfo.com