Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-04-2014, 10:09)
Səddam Hüseynin məhəbbət romanı

Səddam Hüseynin məhəbbət romanları da yazırmış. Belə ki, İraqın mərhum prezidenti "Zəbibə və Şah" adlı roman müəllifidir

Bu roman 2000-ci ildə əvvəlcə İraqda müəllifsiz buraxılırdı. Daha sonra kitab Səddam Hüseynin müəllifiliyi ilə çıxmağa başladı. 2001-ci ilin axırında Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Londonun kitab mağazasında "Şah və Zəbubə" adlı kitaba rast gəlirlər.

 

Onlar belə hesab edir ki, kitab Səddam Hüseynin sifarişi ilə başqa bir müəllif tərəfindən yazılıb. Roman İraqda ən çox satılan kitab olub.

 

Kitabın süjeti məhəbbət və inqilab əsasında qurulub. Belə ki, Mesopotamiya şahı Zəbibə adlı adi bir qadına aşiq olur. Onların arasında sevgi macərası yaşanır. Qadın şaha sadə xalqın əzablarından danışır. Şah islahatlar edir ki, bu da sarayı, arvadını və digər nüfuzlu şəxsləri ona qarşı qaldırır. İslahatların əleyhinə olanlar şaha bir neçə dəfə sui-qəsr təşkil edir. Zəbibənin sayəsində bu cəhdlər uğursuzluqla nəticələnir. Bundan sonra elit təbəqə qiyam qaldırır. 

 

Qiyam da xalqın və ordunun sayəsində yatırılır. Zəbibə 1991-ci il 17 yanvar tarixində inqilab zamanı, "Səhrada fırtına" əməliyyatının başladığı gün həlak olur. Bu zaman xalqın nümayəndələri yeni demokratik konstitusiya qurmaq üçün sarayda toplaşır. Daha sonra şah hakimiyyətdən uzaqlaşır və vəfat edir.

 

Tənqidçilər hesab edir ki, Səddam əsərdə şah kimi özünü təsvir edib. Kitabın rus dilində tərcüməsi 2003-cü ildə işıq üzü görür.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024