Gündəm / Slayd (2-11-2015, 15:15)
“MTN işi” ilə bağlı məlum olmayan həqiqətlər!
SƏRƏNCAMDAN 9 GÜN SONRA, SƏHƏR SAAT 4-DƏ KÜTLƏVİ HƏBSLƏRƏ START VERİLMƏLİ İDİ.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyilə (MTN) bağlı ölkə başçısının 17 oktyabr 2015-ci il fərmanı tarix olaraq qalır. Bu tarixi sənəd Respublikanın Milli Təhlükəsizlik tarixində ən ciddi və ətraflı təhlil olunası, baş verənlərin səbəb və nəticələrinin göstərilməsi tələb olunan sənəddir.
“MTN işi” ilə bağlı xeberinfo.com-a yeni məlumat daxil olub. Məlumata görə MTN-daxilində ancaq bəzi idarə rəislərinin (yəni əsasən generalların və general olmağa hazırlaşanların) 17 oktyabr qədər məxvi qaydalar əsasında keçirdikləri yığıncaqlarda artıq 230 nəfər tanınmış şəxsin, KİV və PTB-rəhbərlərinin, universitet rektorlarının və bank direktorlarının, ayrı-ayrı nazirlərin və nazir müavinlərinin, hüquq-mühafizə sistemində çalışan bir qrup adamın, din xadimlərinin, ümumən ləyaqət və vicdan sahibi kimi tanınanların, MTN-i “narahat edən” şəxslərin gözlənilmədən və qəflətən həbs olunmaları da artıq gündəmdə imiş. Məlumata görə ilk addım oktyabrın 26-da, gecə saat 4-də başlamalı idi. Şübhəsiz, bunlar istintaq orqanlarında şərh olunacaq.
Məsələ budur ki, eyni ssenari 2007-ci ildə də qurulmuşdu. Bu ssenari 2008-ci ildə keçiriləcək prezident seçkilərini pozmaq, bir neçə nazir və parlament nümayəndəsinə terror etmək (belə bir praktikanı artıq sınaqdan çıxarmışdılar), yalandan xaos və panikalar yaratmaq,.. sonda ABŞ-ın və İngiltərənin dəstəyilə hakimiyyətə gəlmək, əsasən yanacaq resurslarına sahib olmaq və s. məsələlərlə bağlı planlar da cızılmışdı.
Araşdırmalarımıza görə həmin “Dövlətə və Prezidentə xəyanət” planını Rumıniyanın Bakıdakı səfirliyi ifşa edib. Rumıniya XİN və kəşfiyyat rəhbərlərinin Bakıya gözlənilmədən səfər etmələri, hər şeyi alt-üst etdi. Rumıniyanın Azərbaycan Prezidenti, Azərbaycan millətinə və xalqına olan hörmət və ehtiramı nəticəsində iyrənc plan baş tutmadı.
Bütün bunlar tarix olaraq qalır. Amma bu bizim tarix deyil. Fikrimcə bu tarix bizim həqiqi tariximiz ola bilməz.
MTN-də təmizləmə siyasəti davam edir. Amma bu təmizləmə siyasəti sonadək davam etməli, çox bağlı məsələlərin üstü açılmalıdır.
Rövşən Novruzoğlu.
Milli təhlükəsizlik məsələləri üzrə ekspert,
MTN-nin keçmiş zabiti, professor, politoloq.
Xeberinfo.com