Cəmiyyət (24-11-2015, 22:13)
"2 siyasi məhbus azadlığa buraxılacaq" - VƏKİL
“Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv fərmanı olacaq. Əfvə düşməsi gözlənilən siyasi məhbuslardan biri də REAL Hərəkatının sədri İlqar Məmmədovdur”.
Mediatv.az xəbər verir ki, bu məlumatı Cebhe.info-ya İlqar Məmmədovun vəkili Elçin Sadiqov verib.
Xatırladaq ki, ötən gün İnsan Hüququları üzrə İşçi Qrupun üzvü Novella Cəfəroğlu siyasi məhbusların azadlığa buraxılacağını açıqlamışdı.
Onun sözlərinə görə, İşçi Qrup azadlığa çıxmalı olan şəxslərin siyahısını artıq Əfv Komissiyasına təqdim edib.
Bu məlumata münasibət bildirən Elçin Sadıqov bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovun azadlığa buraxılması haqda qərarının tezliklə təmin olunacağını gözlənilir.
Elçin Sadıqov eyni zamanda vəkili olduğu Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun da azadlığa buraxılacağını istisna etməyib: “Leyla xanımın səhhətində ciddi problemlər olduğundan onun əfvə düşməsi ehtimalı var. Çünki həbsdə qalması onun səhhətini daha da ağırlaşdıra bilər”.
Müsavat başqanının müavini Tofiq Yaqublunun vəkili Nemət Kərimli isə əfv fərmanının olacağına inanmadığını dedi: “Hər bayramdan öncə belə yalanları dövriyyəyə buraxırlar, insanlarda ümid yaradırlar, amma heç nə baş vermir. Sonra yenidən növbəti bayramlara qədər gözləməli olurlar. Ona görə də mən belə yalanlara inanmıram”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024