Karusel (9-04-2015, 13:50)
Səidə Qocamanlı: “Əfvlə bağlı sərəncam veriləcək”
Səidə Qocamanlı: “Yəqin ki, mayın ilk ongünlüyündə bununla bağlı sərəncam veriləcək”
Siyavuş Novruzovun əfv açıqlamasına hüquq müdafiəçiləri və məhbus ailələrindən reaksiya gəldi .
Mərhum eks-prezident Heydər Əliyevin doğum günündə - Avropa Oyunları ərəfəsində əfv sərəncamının veriləcəyi barədə xəbərlər yayılıb. Daha əvvəl mayda böyük amnistiya veriləcəyi deyilsə də, yayılan xəbərlərdə bunun əfv olacağı bildirilir.
Deputat Siyavuş Novruzov mətbuata açıqlamasında yayılan xəbərlərə münasibət bildirib: “Müəyyən vaxtlarda Azərbaycanda amnistiya olub. Amma sözügedən ərəfədə amnistiya gözlənilmir. Bunun üçün qanunvericilik təşəbbüsü də yoxdur”.
Deputat qeyd edib ki, hazırda növbəti əfvlə bağlı işlər gedir: “Bildiyiniz kimi, ənənəvi olaraq bayramlar və xüsusi günlərdə cənab prezident İlham Əliyev əfv sərəncamı imzalayır. Çox güman ki, bu dəfə də əfv sərəncamı imzalanacaq”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da may ayında əfv sərəncamı veriləcəyinə ümid edir.
S.Novruzovun əfvlə bağlı açıqlamasına hüquq müdafiəçilərinin və məhbus ailələrinin mövqeyini öyrəndik.
Mirvari Qəhrəmanlı deputatın fikirlərinə maraqlı münasibət sərgilədi: “Siyavuş Novruzov deyibsə əfv olacaq, görünür, ona mötəbər mənbələrdən nəsə pıçıldayıblar. Mən də istəyirəm ki, əfv olsun və həbsdə siyasi məhbus qalmasın. Amma mən deyə bilmərəm əfv mütləq olacaq. Siyavuş Novruzovun yalançısı olmaq istəyirəm. Yəni istəyirəm ki, ictimaiyyət sonradan məni yox, Siyavuş Novruzovu qınasın. Çox istərdik ki, siyasi məhbuslar əfvlə azad edilsin”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı əfv xəbərinin doğru olduğunu qeyd etdi: “Əfv olacaq. Yəqin ki, mayın ilk ongünlüyündə əfv sərəncamı veriləcək. Çox güman ki, o əfvə qədər İnsan Haqları üzrə Birgə İşçi Qrupu toplaşacaq. Bir daha söhbətimizin davamını edəcəyik. İnanıram ki, bir çox şəxslər bu əfvlə azadlığa buraxılacaqlar”.
Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu yayılan xəbərləri yalanladı: “İnamım yoxdur. Hakimiyyətin yalanlarından biridir. Yüksələn etiraz səslərini azaltmaq üçün işlədilən manevrdir. İndiyə qədərki əfvlər hər şeyi sübut etdi. Məhbusların, xüsusən də Tofiq Yaqublunun seçkilərə qədər azad olunacağına inamım yoxdur. Konkret ümid etmirik”.
Müsavat başqanının həbsdəki digər müavini Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah deputatın əfv açıqlamasının real olmadığını bildirdi:“Hakimiyyət əfv məsələsini siyasi məhbuslardan kənarda bir oyunbazlığa çevirib. Son 3-4 əfvdə guya 100-dən çox məhbusun əfv edildiyi görünür. Amma orada 1-2 siyasi məhbusun azadlığa çıxdığını ya görürük, ya da görmürük. Bu məsələlərə artıq ciddi yanaşmıram. Vicdan məhbuslarının veriləcək əfvdə azadlığa çıxacağına inanmıram. Hakimiyyət başa düşməlidir ki, siyasi məhbusların azadlığa çıxma yollarını tapmalıdır. Əfv xəbəri reallaşana qədər ciddi yanaşmıram”.
NİDA-çı gənc Ömər Məmmədovun atası Əlyar Məmmədov ümidsizdir: “Mən birtəhər dözürəm. Amma bu cür açıqlamalar Ömərin anası üçün çox ağırdır. Gündə bir bəyanat verirlər. Mayda olacaq əfvə inanmıram. İnandırıcı gəlmir. Novruza çox inanırdıq. Allah eləsin, azad olunsunlar. Hamıdan çox istəyirik. Ömərin özü deyir ki, belə bir söhbət gəzir. Amma biz valideyn kimi inamımızı itirmişik”.
Daha bir həbsdəki NİDA-çı gənc Əbdül Əbilovun anası Nurcahan Əbilova da mayda oğlunun azadlığa buraxılacağına inanmır: “İnamım bitib. Artıq ümid etməkdən yorulmuşam. Yalnız Allaha inamım qalıb. Sonuncu dəfə onunla martın 15-də görüşmüşəm. Amma hər həftənin cümə günü danışırıq. Özü mənə dedi ki, mayda yox, yanvarda azad olunacağına inamı var. Ondan sonra ümidlərim tamam öldü”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024