Karusel (26-12-2014, 12:59)
Əfv siyahısı hazırdır
İşçi Qrupu işlərini yekunlaşdırıb; bugünlərdə əfv sərəncamının veriləcəyi gözlənilir; məhbus ailələri ümidlidir
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı əfv sərəncamının veriləcəyi gözlənilir.
Xüsusilə İnsan Haqları üzrə Birgə İşçi Qrupunun açıqlamalarından sonra ümidlər daha da artıb.
Artıq sosial şəbəkələrdə məhbusların yaxınları sevinc və ümid dolu statuslar paylaşırlar. Hətta məhbuslara əfv olunacaqları barədə məlumat verildiyi də qeyd olunur. İşçi Qrupu artıq siyahısını hazırlayaraq, Əfv Komissiyasına göndərib. Siyahıda 27 məhbusun adı var.
İnsan Haqları üzrə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu işlərini yekunlaşdırdıqlarını və əfv qərarını gözlədiklərini bildirdi: “Biz öz siyahımızı vermişik. Orada NİDA-çılar, Tofiq Yaqublu, İlqar Məmmədov, Leyla Yunus, Əvəz Zeynallı, Hilal Məmmədov və başqaları var. Kimin buraxılıb-buraxılmayacağını biz deyə bilmərik. İşçi Qrupu olaraq tez-tez toplaşırıq.
Müraciətlərə baxırıq. Əfvdən sonra bir daha toplaşacağıq. Pərviz Həşimli müraciət edib. Onu aidiyyəti orqanlara göndərmişik. İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Bəşir Süleymanlının məsələlərini qaldırmışıq. Ev dustaqlığına buraxılmaları ilə bağlı müraciətlərimiz olub. Onu dəqiq bilirik ki, Əfv Komissiyası hər gün intensiv şəkildə işləyir. Biz təkcə siyasi məhbusların işinə baxmırıq. Çoxlu sayda siyasi mövqeyi olmayan məhbusun müraciəti əsasında işlərini araşdırmışıq. 300-ə qədər bizə yeni məktub gəlib. Öz işimizdən imtina edib, yalnız bu müraciətlərə baxırıq. Hər bir müraciəti yerindəcə araşdırırıq”.
İşçi Qrupunun digər üzvü Arzu Abdullayeva əfv sərəncamının əvvəlki illərdəkindən fərqlənməyəcəyini qeyd etdi: “Fikirləşirəm ki, əfv əvvəlki qaydada olacaq. Bu subyektiv fikrimdir. Amma ola bilsin ki, bəzi siyasi məhbuslar azadlığa çıxsın. Deyə bilmərəm kimlər azad olunacaq. Hamısı barəsində işlər aparırıq. Çünki həbsdə olanların içərisində dostlarımız da var. Əlbəttə, onlar üçün çox çalışırıq. Onların günahsız olduqlarına tam əminik. Bunu hər yerdə qeyd edirik. Hamıya bəllidir ki, bir-iki nəfər əfv olunur. Siyahılar təqdim olunur. Çalışırıq ki, siyahılara müdaxilə edək.
Aidiyyəti orqanlarla danışıqlar aparırıq. Üzərimizə düşən işləri həyata keçirməyə çalışırıq. İstintaqda olan məhbusların da məsələlərini qaldırırıq. Hər şey prezidentin səlahiyyətindədir. Amma biz daim xahiş edirik ki, onlar ya azad olunsun, ya da qərar ev dustaqlığı ilə əvəz olunsun. Bütün bunlar gündəmdədir. Nə dərəcədə əməl olunacağını söyləmək çətindir. Onu da qeyd edim ki, əfv yazıb-yazmayan məhbusların arasında fərq qoyulmaması ilə bağlı da məsələ qaldırmışıq. Çalışırıq ki, şəxsiyyət kimi heç kəs sındırılmasın. Çünki insan dəyər verdiyinə qarşı qoyulmamalıdır. Arzu edirəm ki, məhbuslarımız azad olunsun. Bizim də səy, əziyyətlərimizin bəhrəsi olsun”.
Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu atasının bu bayramda əfv gözlədiyini söylədi: “Atamla danışdım. Əhvalı yaxşıdır. Bu bayramda əfv veriləcəyini gözləyir. Biz də, o da ümid edirik. Bu gün Penitensiar Xidmətə müraciət etdim. Bayram günündə görüş verilməsi ilə bağlı. Çünki atamla növbəti görüş yanvarın 4-nə düşür”.
İki gün öncə jurnalist Pərviz Həşimlinin Apelyasiya Məhkəməsi olub. Hüquq müdafiəçisinin şikayəti təmin edilməyib. Bu qərardan sonra onun əfvə düşmə ehtimalları yüksəlib. Vəkil Bəhruz Bayramov bu ehtimalları təsdiqlədi: “Keçən ay biz məhkəməyə müraciət etmişdik. Amma prosesə indi baxıldı. Ola bilsin ki, səslənən fikirlər real olsun. Başqa əsaslar da ola bilər. Prezidentin səlahiyyətində olan məsələdir. Pərviz bəyi əfv edib-etməmək. Açığı, Pərviz Həşimlinin əfv olunacağına ümidləri olduqca azdır”.
NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova qərar verilməmiş hər hansı bir fikir söyləməyin doğru olmadığını qeyd etdi: “Siyahını görməmiş bir söz deyə bilmərəm. Sadəcə ümid edirik”.
Digər NİDA-çı gənc Zaur Qurbanlının atası Araz Qurbanlı bu bayrama çox inandıqlarını bildirdi: “Bizə bu barədə bir xəbər deyilməyib. Sosial şəbəkələrdə çox şey yazıla bilər. Rəsmi şəkildə qərar verilmədən nəsə söyləmək düzgün deyil. Kimsə uşaqları çox istədiyindən deyə bilər ki, azadlığa çıxacaqlar. Prezident desə, inanarıq. Hər an vəziyyət dəyişə bilər. Yüksək səviyyədə çox ümidliyik”.
Vəkil Fuad Ağayev Bakının Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsində saxlanan REAL Hərəkatının sədri İlqar Məmmədova baş çəkib.
İlqar Məmmədov 2013-cü il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Dekabrın 25-də “mediaforum” saytına danışan vəkil Fuad Ağayev deyib ki, bir müddət əvvəl bərk soyuqlayan İlqar Məmmədovun səhhəti yaxşılaşıb, hazırda səhhətində heç bir problem yoxdur.
2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir. Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qəti qüvvəyə minib. Qaydalara görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qəti qüvvəyə minəndən ən geci 3 ay ərzində icra olunmalıdır.
“İlqar Məmmədov bu yaxınlada azadlığa çıxa bilərmi” sualına Fuad Ağayev şərh verməyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024