Cəmiyyət (13-01-2015, 18:30)
İlqar Məmədov və Tofiq Yaqublunun məhkəməsi təxirə salındı
Bu gün ReAL Vətəndaş Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublunun Ali Məhkəmədə kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb
"Mediatv.az" arqument.az-a istinadla xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə İlqar Məmmədov və Tofiq Yaqublu iştirak etməyiblər.
Hakim deyib ki, onların prosesdə iştirakı barədə məhkəməyə hər hansı vəsatət təqdim olunmayıb.
Vəkillər Nemət Kərimli və Fuad Ağayev çıxış edərək müdafiə etdikləri şəxslər barəsində cinayət işinə xitam verilməsini, hökm və qərarların ləğv olunmasını məhkəmədən xahiş ediblər.
Hakim isə deyib ki, cinayət işi ilə bağlı əlavə faktları öyrənmək və işlə ətrafı tanış olmaq üçün vaxt lazımdır. Bu üzdən də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
İlqar Məmmədova və Tofiq Yaqubluya dəstək üçün məhkəmədə iştirak edən AXCP sədri Əli Kərimlinin fikrincə bu dəfəki məhkəməylə bağlı nəsə demək hələ tezdir: “Çünki məhkəmə müdafiə tərəfini dinləyib getdi. Ancaq ölkədə müstəqil məhkəmənin olmadığını hər kəsə məlumdur. Azərbaycanın bütün məhkəmə sistemi öz müstəqilliyini itirib, heç bir ədalətli mühakimə yoxdur. İlqar Məmmədova, Tofiq Yaqubluya iki ilə yaxındır həm Şəki Ağır Cinayətlər Məhkəməsində, həm Apelyasiya məhkəməsində haqsızlıqlar onu göstərir ki, Azərbaycanda müstəqil ədalət mühakiməsi fəaliyyət göstərmir”.
Vəkil Fuad Ağayev deyir ki, İlqar Məmmədovun işində aydın olmayan heç bir şey yoxdur: “Mənim üçün bir neçə qaranlıq məsələ oldu. Birincisi, biz kassasiya şikayətini çoxdan vermişdik. Xeyli müddət vardı ki, məhkəmə prosesi bu günə təyin etmişdi. Ötən ilin dekabrın ortalarında Tofiq Yaqublunun adından kassasiya şikayəti verilib. Bu iki kassasiya şikayətinə birdən-birə eyni vaxtda baxılması və sonra da Tofiq Yaqublunun şikayətini gec verdiyinin bu məhkəmə prosesinin təxirə salınmasına əsas kimi göstərilməsi mənə aydın deyil. İkinci məsələ isə ondan ibarətdir ki, bu işdə aydın olmayan məqam yoxdur”.
ReAL-ın icra katibi Natiq Cəfərli məhkəmənin qeyri-müəyyən vaxta təxirə salınmasını belə şərh etdi: “Məhkəmənin qeyri-müəyyən vaxta təxirə salınması çox gümanki yuxarı stansiyaların qərarının gözlənməsi anlamına da gələ bilər. Ola bilər ki, yekdil qərar yoxdur. Azərbaycanda müstəqil məhkəmələr olmadığından bu qərarı də məhkəmə verməyəcək”.
Xatırladaq ki, 17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib. İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.
2014-cü ilin iyunun Şəki Apellyasiya Məhkəməsi Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
"Amnesty İnternational" İlqar Məmmədovu və Tofiq Yaqublunu “vicdan məhbusu” elan edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024