Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-11-2015, 11:54)
Akif Çovdarovu Aqil Xəlilin işinə görə hansı cəza gözləyir?

Akif Çovdarovu Aqil Xəlilin işinə görə hansı cəza gözləyir?

 

Xəbər verdiyimiz kimi, “Azadlıq” qəzetinin Fransada mühacirətdə olan müxbiri Aqil Xəlilin şikayəti üzrə Avropa Məhkəməsi oktyabrın 29-da qərarını elan edib. Azərbaycan hökuməti jurnalistə 28 min avro kompensasiya ödəyəcəyi barədə öhdəlik götürüb.

Mediatv.az xəbər verir ki, Avropa Məhkəməsinin qərarında vurğulanır ki, Azərbaycan hökuməti İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 2-ci (yaşamaq hüququnun pozulması və onun araşdırılmaması), 3-cü (işgəncə və qeyri insani rəftara məruz qalma və onun araşdırılmaması), 5-ci (azadlıq və toxunulnazlıq hüququnun pozulması), 6-cı (həyata qəsd, işgəncənin və bıçaqlanmanın düzgün araşdırılmaması) 10-cu (ifadə azadlığının pozulması), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinin olmaması) və 4 saylı protokolun 2-ci maddələrinin (sərbəst hərəkət etmək azadlığı) pozuntusunu etiraf edib.

Hökumət Avropa Məhkəməsindən xahiş edib ki, işi siyahıdan çıxarsın, hökumət özü bu işi yenidən araşdırıb hüquqi qərarlar qəbul edəcək. Avropa Məhkəməsi hökumətin təklifini qəbul edərək işi siyahıdan çıxarıb.

Bəs Avropa Məhkəməsinin qərarı və hökumətin etirafı bu işdə adı halanan MTN generalı Akif Çovdarovla bağlı hansı əlavə tədbirlərin görülməsini nəzərdə tuta bilər. Ona da qeyd edək ki, A.Çovdarov MTN işi ilə bağlı həbs edilib.

Məsələ ilə bağlı hüquqşünas Müzəffər Baxışov bildirdi ki, A.Çovdarov A.Xəlilə qarşı törətdiyi əmələ görə onun barəsində cinayət işi başlanıla və bu məsələyə hüquqi qiymət verilə bilər.

Amma həmin cinayətin baş verdiyi vaxtdan xeyli müddətin keçdiyini deyən M.Baxışov vurğuladı ki, o cinayyət Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli idi:

“Akif Çovdarov Aqil Xəlilə qarşı zorakılıq hərəkətləri törətmişdi. Eyni zamanda Akif Çovdarov səlahiyyətlərindən kənara çıxan hərəkətlərə də yol vermişdi. Onun əməlləri Cinayət Məcəlləsinin 309.2 maddəsilə tövsif olunur. Bu maddəyə görə, o, üç ildən yeddi ilə qədər azadlıqdan məhrum edilə bilər. Eyni zamanda Akif Çovdarovun əməlində Cinayət Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri var idi. Aqil Xəlil öz peşə fəaliyyətini həyata keçirərkən bu təzyiqə məruz qalıb. Qanunda nəzərdə tutulub ki, jurnalistlərə təzyiq göstərərək onları məlumat yaymaqdan imtinaya görə, Cinayət Məcəlləsinin 163.1 maddəsinə görə, eyni əməllər vəzifəli şəxslər tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildiyində bu şəxs 3 ilə qədər müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 ilə qədər islah işləri və ya bir ilə qədər azadlıqdan məhrum edilməklə cəzalandırılır”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024