Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (15-11-2015, 18:01)
ÇOVDAROVUN ƏLİ QANDALLI İLK FOTOSU! – Barəsində 3 aylıq həbs qərarı verildi - YENİLƏNDİ

[thumb]http://www.mediatv.az/uploads/posts/2015-11/1447596014_6666.jpg[/thumb

Səbayel Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb.

Virtualaz.org saytının hazırda məhkəmə binası önündə olan müxbiri xəbər verir ki, məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

***
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova rəsmi ittiham irəli sürülüb.Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair Baş İdarəsi generalı CM-in eyni vaxtda bir neçə maddəsi ilə, o cümlədən qulluq mövqeyindən sui-istifadə etməkdə və təhdidlə pul tələb etməkdə ittiham edir.
Hazırda Akif Çovdarov Səbayel Rayon Məhkəməsinə gətirilir. O da bildirilir ki, məhkəməyə general barədə həbs-qətimkan tədbiri seçilməsinə dair təqdimat da göndərilib.
Xatırladaq ki, A.Çovdarov dünən saxlanılıb və şübhəli şəxs kimi Baş Prokurorluqda 4 saat ərzində dindirilib. General gecəni Nərimanov rayonundakı müvəqqəti saxlanma təcridxanasındaa keçirib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov təqsirləndirilən şəxs qismində 4 saat sorğu-sual edilib. Onun, ifadə verəndən sonra, Nərimanov rayonundakı Müvəqqəti Saxlama Məntəqəsinə aparıldığı bildirilir.
Virtualaz.org bildirir ki,sabah A.Çovdarov ifadə vermək üçün yenidən Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə aparılacaq.İfadə verəndən sonra ona qarşı rəsmi ittihamın irəli sürüləcəyi gözlənilir.
Ancaq A.Çövdarovun hələlik konkret hansı cinayət üzrə təqsirləndirildiyi və hansı işlə bağlı ifadə verdiyi məlum deyil.
Qeyd edək ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evində axtarış aparılır. Bu barədə məlumatı Musavat.com öz mənbələrindən əldə edib.

————-

akif-covdarov-azpolitika-710x401Bir neçə gün əvvəl işdən qovulan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov həbs edilib.“Qafqazinfo”ya daxil olan məlumata görə, ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb.
Onun barədə həbs- qəti imkan tədbiri seçildiyi bildirir. General-mayorun həbsi onlarla MTN zabitinin verdikləri ifadələr əsasında baş tutub.
Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə isə Akif Çovdarov bu gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. A.Çovdarov hazırda müstəntiqlər tərəfindən dindirilir.
Qeyd edək ki, Azərbaycan mətbuatına yaxşı tanış olan A. Çovdarov işdən qovulan Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Aparatına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.

Xatırladaq ki, bir müddət öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da Xətai rayon MTN-dəki rəisi vəzifəsindən qovulub.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024