Cəmiyyət / Slayd (13-11-2015, 12:54)
Prezident yanında Xüsusi İdarə: onu yaradanlar və dağıdanlar
Azərbaycanla bağlı 122 dövlətin məxfi və açıq şəkildə strateji planı hazırlandı.
General Elman Qəmbərovun dövründə bu idarə özünə ölüm hökmü çıxartdı, Rüşvət və ədalətsiz, ləyaqətsiz işlər hər şeyi alt-üst etdi
Araşdırma materiallarına görə hələ 1994-cü ilin sonlarında ABŞ Dövlət Departamentinin kəşfiyyat məsələləri üzrə təhlilçisi Stiven Mak ulu öndər, Heydər Əliyevə ünvanladığı sorğuda soruşdu: - Cənab Prezident, Siz yeni bir təhlükəsizlik xidmətini yaratmısınız: - Prezident yanında Xüsusi İdarə. Bunu yaratmaqda məqsəd nə idi?
Prezident amerikalı mütəxəssisə belə bir cavab verib: cənab Stiven, Prezident Yanında Xüsusi İdarə bizim üçün, Azərbaycan xalqı və dövləti üçün çox önəmli, gərəkli bir qurumdur. O, vacibdir. Bizə çox vacibdir.
Prezident Yanında Xüsusi İdarə müstəqil, birbaşa ölkə başçısına tabe olan siyasi bir quruma çevrilmişdi. Yanacaq resursları ilə zəngin olan, qonşu dövlətlərin siyasi və iqtisadi maraqlarından heç vaxt çıxmayan, sərhədləri beynəlxalq təhlükəsizlik sisteminin əsas faktlarından olan, Xəzər regionundakı sektorundan səma cisimlərilə analoqu olmayan əlaqələrə malik... Azərbaycan üçün Xüsusi İdarə lazım idi. Çünki Bakı-Tbilisi-Ceyhan müqaviləsindən sonra Azərbaycan dünya kəşfiyyat xəritəsində qırmızı xətlə dairəyə alınmışdı. Azərbaycanla bağlı 122 dövlətin məxfi və açıq şəkildə strateji planı hazırlandı. Dini-radikalizm və Vəhhabilərin silahlı birləşmələri, “Vətənsiz və torpaqsız ölməyi Allah vergisi kimi
təbliğ edən” (?) Nurçu qrupları və digər terrora güclü meylli olan xaç gəzdirən təriqətçilər Azərbaycanı dövrələdilər. (Məsələn bu günün özündə MTN-nin naşı siyasəti və davranışının nəticəsidir ki, ölkənin DİN və onun rayon, şəhər təşkilatlarının inzibati binalarının ətrafında vəhhabilərin ev kirələmələri (özü də kütləvi şəkildə), MTN və onun rayon şöbələri ətrafında vəhhabi dərnəklərinin açılması, şirkətlərin icarəyə götürülməsi... və. s. adi hal alıb. Ölkənin qoşun kontingentinin cəmləşdiyi ərazilərdə apardığımız hesablamalara görə 184 vəhhabi ailəsi ev kirələyib, yaşayır. Bütün strateji mərkəzləri, infrastrukturlar vəhhabilərlə dövlənib.
Sual olunur: Bütün bunlar kimin günahıdır? Azərbaycan MTN-nin əməkdaşlarının böyük bir qismində “Din və Təhlükəsizlik” anlayışı yoxdur. Bu eybəcərlikləri dəf etmək üçün Prezident Yanında Xüsusi İdarə əsas aparıcı yerlərdən birini tuturdu. Polkovnik, mərhum Şəmsi Rəhimov bütün bu prinsipial məsələlərlə bağlı şəxsən Heydər Əliyevi həmişə məlumatlandırırdı. Polkovnikin qətlindən sonra, hər şey yarımçıq qaldı. Rüşvət, satqınlıq, əyyaşlıq, paxıllıq, ləyaqətsiz və ədəbsizlik... kimi insan əxlaqına yaraşmayan məsələlər bu idarəyə ayaq açdı.
Müsahibədən bir neçə gün sonra Xüsusi İdrənin rəisi, polkovnik Şəmsi Rəhimov öz evinin girəcəyində qətlə yetirilir. Mənzərəyə baxın: ertəsi gün Milli Təhlükəsizlik Nazirliyinin (o vaxt MTN-nin başçısı Namiq Abasov idi) göstərişində tələm-tələsik Xüsusi İdarəyə bir qrup gəldi. Həmin qrup mərhum Şəmsi Rəhimovun seyfinə açar saldı. Qeydsiz-şərtsiz seyfdəki məxfi sənədləri, qovluqları, videolentləri... götürüb, aradan çıxdılar... Şübhəsiz belə bir addım qeyri-qanuni idi və heç kəs tərəfindən icazə verilməmişdi... Fakt bu idi ki, MTN bir struktur kimi Prezident Yanında Xüsusi İdarənin əməkdaşlarından qorxub, çəkinir... ən azından ehtiyat edirdilər. Çünki ölkə başçısı da özlüyündə ən çox Xüsusi İdarəyə inanırdı... oradan verilən informasiya və məlumatlara daha çox inanırdı. Şəmsi Rəhimova məxsus altı məxfi qovluq, yeddi qalın qeyd dəftəri, üç lent çəkilmiş, iki video... və. s. haqqında bu günə qədər heç bir məlumat yoxdur. Həmin ərəfədə MTN-də bayram idi. Çünki onlara qoyulan nəzarət mexanizmi artıq iflic olmuşdu... Xatırladım ki, (1994-cü il) ölkə başçısı Heydər Əliyev ABŞ-a gedərkən təqribən bir saat hava limanında polkovnik Şəmsi Rəhimovla təkbətək söhbət etmişdi. Söhbətin məğzi bilinməsə də məlumat yayılmışdı ki, Prezident ABŞ-dan qayıtdıqdan sonra, Xüsusi İdarənin səlahiyyətlərini artırmalı, təhlükəsizlik funksiyasını bütövlükdə polkovnik Şəmsi Rəhimova verməli idi...
Beş addımlıqdakı ABŞ səfirliyində isə polkovınik Şəmsi Rəhimovun ölüm gecəsi... əsl şənlik idi. İki gün sonra ABŞ-ın Azərbaycandakı səfirinin MTN-nin rəhbəri Namiq Abbasovla görüşü də müəmmalı idi...
Amma Xüsusi İdarə hələlik dağıla bilməzdi. Bu tezliklə onun qapıları bağlana bilməzdi.
Heç kəsin gözləmədiyi Elman Qəmbərov Xüsusi İdarəyə rəis təyin olundu. Bu əsl möcüzəli bir fakt idi. Azərbaycanlı təfəkküründən uzaq, heç bir siyasi savada və dünyagörüşə, insanlıqdan, mərdlikdən və cəsarətdən... uzaq birisinin möhtəşəm bir idarəyə rəis təyin olunması Xüsusi İdarənin belini qırdı. Ulu Öndərin inamını oğurlayan, onu aldadan bir qrup şəxsin marağı ilə Xüsusi İdarə əsl mənada cinayətkar yuvasına çevrildi.
Əslində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə elə bu lazım idi. Və yaxud ABŞ-ın Azərbaycandakı səfirliyi Xüsusi İdarədə törədilən qətldən sonra özünü bir qədər rahat hiss etdi.
Bu millət sonda öləsidir, qalasıdır bilmirəm... amma çox şey itirdik.
Mən nə qədər qəribə də olsa, bu yaxınlarda belə bir qarğış eşitdim: Üzünü MTN-nə tutan yaşlı bir kişi əlini ölçə-ölçə qışqırırdı: “...Heydər Əliyevin sizə verdiyi çörək burnunuzdan gəlsin. Dünyada biabır olduq...”
Belə bir harayı mən Prezident Yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətlini törədənlərin ünvanına da eşitdim: “...Cinayətkar ordadır... Yəni elə Xüsusi İdarənin özündə...”
Amma istintaq tamam baş-ayaq quruldu. Düşmən istəyinə çatdı. Xüsusi İdarə naşıların, cibgirlərin əlinə düşdü...
(Biz bu barədə “Xüsusi İdarə” kitabında geniş yazmışıq).
Beləliklə Şəmsi Rəhimov Xüsusi İdarəni yaradan oldu... təsadüfən Bakıya gələn Elman Qəmbərov (bir azdan o, general olacaqdı). Xüsusi İdarəni dağıdan...
Bu gün general Eldar Mahmudovun yaratdığı əcaib MTN, sanki keçmiş general Elman Qəmbərovun qurduğu (?) əcaib Xüsusi İdarənin davamı idi. Nəticəyə baxın: hər ikisi iflasa uğradı...
Rövşən Novruzoğlu: ekspert.
Xeberinfo.com