Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (29-10-2015, 14:48)
Hərbi Əks-Kəşfiyyatın yeni rəisi kimdir?

Hərbi Əks-Kəşfiyyatın yeni rəisi kimdir?

General-mayor Hafiz Musayev peşəkar kəşfiyyatçı, təhlükəsizlik məsələlərini dərindən bilən kadr kimi tanınır

 Peşəkar kadrlardan daha biri – general-mayor Hafiz Musayev MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəis təyin edilib. Dünən general-mayor Nizami Şirinov tutduğu vəzifədən azad edilib. Məlumata görə onun orduya və dövlətə vurduğu ziyanın aradan qaldırılması böyük vaxt tələb edəcək. “Xeberinfo.com”a yeni təyin olunan rəislə bağlı müəyyən məlumatlar daxil olub...

Öncədən qeyd edək ki, MTN-nin HərbiƏks-Kəşfiyyat xidmətinə təyin olunmuş yeni rəis, general-mayor Hafiz Musayev peşəkar kəşfiyyatçı, təhlükəsizlik məsələlərini dərindən bilən kadr kimi tanınır.

Məlumata görə general-mayor Hafiz Musayev 1991-ci ildən Müdafiə Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Xidmətində çalışıb. 1992-ci ildən isə MTN-də fəaliyyətə başlayıb. O, dərin mənəvi dəyərləri olan, xalqını millətini, ən başlıcası müstəqil Azərbaycanı çox sevən, düşmənə qarşı amansız olan təhlükəsizlik zabiti kimi tanınır. Yeni rəis respublika MTN-i cəbhəsində təmizliyi, dürüstlüyü və mənəvi dəyərlərinə görə başqalarından fərqlənən, prinsipial mövqedə dayanan, Ulu Öndər Heydər Əliyevin ənənələrinə sadiq qalan təhlükəsizlik zabitlərindən biridir. O, işlədiyi müddətdə özünü Ulu Öndər Heydər Əliyevin “Şərəfli Çekist Məktəbi”nin ən sədaqətli və təmiz üzvü kimi tanıdıb. O, həm də bu müddət ərzində intellekt səviyyəsinə görə başqalarında fərqlənib. General-mayor Hafiz Musayev həm respublikada, həm də xarici ölkələrdə geniş oxucu kütləsinin marağına səbəb olan Beynəlxalq Terrora aid, kəşfiyyat və əks-kəşfiyyat haqqında bir neçə kitabın müəllifidir.

1993-cü ildən ölkəyə başçılıq edən Heydər Əliyevin sadiq əsgəri kimi general-mayor Hafiz Musayev ölkəyə qarşı düşmən təhdidlərinin dəf olunmasında əsl şücaət göstərib. Qeyd olunur ki, general-mayor Hafiz Musayev torpaqlarımızın işğalında azğınlıq edən erməni separatçılarına və silahlı terror birləşmələrinə qarşı vuruşan qoşun kontingentində “hərbi kəşfiyyat” qrupu yaradan və bilavasitə ona başçılıq edən şəxslərdən biri olub.

Bir neçə Xüsusi Xidmət Orqanlarında təhsil alan general-mayor Hafiz Musayev həm də elm sahəsində özünü təsdiq edib. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Məlumata görə general-leytenant Mədət Quliyevin bu təyinatı bütövlükdə MTN-də eləcə də ictimai-siyasi mühitdə rəğbətlə qarşılanıb. Xarici və yerli mətbuat səhifələrində o, Ulu Öndər Heydər Əliyevin və bu gün onun davamçısı olan cənab prezident İlham Əliyevin ən sədaqətli əsgər və generallarından biri kimi təsvir olunur. Bu səbəbdən prezident İlham Əliyev onu general rütbəsi və dəfələrlə orden və medallarla təltif etmişdir.

 

“Xeberinfo.com”

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024