Cəmiyyət (8-11-2015, 15:29)
Nərimanovda “Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihənin bağlanış mərasimi keçirildi- FOTOLAR
“Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihənin bağlanış mərasimi keçirilib.
Mediatv.az xəbər verir ki, 02 noyabr 2015-ci il tarixdən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində “Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihənin seminarları və treninqləri keçirilmişdir.
Layihənin məqsədi gənclərin dövlət üçün yararlı gənc ixtisaslı kadr olmaqları üçün düzgün ixtisas seçiminin üstünlüklərinin aşılanması, gənclərin liderlik bacarıqlarının, şəxsi inkişaflarının, təşkilati quruculuq, komanda və fərdi şəkildə fəaliyyət göstərə bilmələri ilə yanaşı düzgün qərar qəbul etmək kimi bacarıqlarının inkişaf etdirilməsidir.
Son seminar və bağlanış mərasimi 07 noyabr 2015-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetində keçirilmişdir.
Seminarda “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədr müavini Ləman Muradova, “Gənclər üçün Təhsil Mərkəzi”nin direktoru Fəxrəddin Həsənzadə və “Mənim təhsilim – mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rövşən Nəcəfov gənclərə təlimlər keçmiş, gəncləri maraqlandıran sualları cavablandırmışlar. Sonda isə Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov layihənin təşkilatçılarına və təlimçilərinə gənclərlə aparılmış maarifləndirmə işlərə görə təşəkkürünü bildirmişdir.
Xatırladaq ki, layihə çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunda, "Bakı Avrasiya" Universitetində, Azərbaycan Turizm və Menecment Universitetində, "Odlar Yurdu" Universitetində, "Təfəkkür" Universitetində və sonda Azərbaycan Kooperasiya Universitetində seminar və treninqlər keçirilmiş, hər seminarda 100 nəfərdən çox gənc iştirak etmişdir.