Cəmiyyət (7-11-2015, 20:42)
“Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihə çərçivəsində növbəti seminar keçirildi- FOTOLAR
“Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihə çərçivəsində növbəti seminar "Təfəkkür" Universitetində keçirilib.
Mediatv.az xəbər verir ki, 02 noyabr 2015-ci il tarixdən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində “Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihənin seminarları və treninqləri keçirilir.
Layihənin məqsədi gənclərin dövlət üçün yararlı gənc ixtisaslı kadr olmaqları üçün düzgün ixtisas seçiminin üstünlüklərinin aşılanması, gənclərin liderlik bacarıqlarının, şəxsi inkişaflarının, təşkilati quruculuq, komanda və fərdi şəkildə fəaliyyət göstərə bilmələri ilə yanaşı düzgün qərar qəbul etmək kimi bacarıqlarının inkişaf etdirilməsidir.
Növbəti seminar 06 noyabr 2015-ci il tarixdə “Təfəkkür” Universitetində keçirilmişdir.
Seminarda “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədr müavini Ləman Muradova və “Mənim təhsilim – mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rövşən Nəcəfov gənclərə təlimlər keçmiş, gəncləri maraqlandıran sualları cavablandırmışlar.