Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-11-2015, 17:11)
Dindar həbsləri: Dini cərəyanlar arasında balansı qorumaq cəhdi

Dünən axşam "Müsəlman Birliyi Hərəkatı" təşkilatının sədr müavini Elçin Qasımovun həbsi, ardından buna etiraz edən bəzi dindarların saxlanılması ictimaiyyət arasında birmənalı qarşılanmadı. 

Mediatv.az xəbər verir ki, bu hadisələri “MTN işi”nin davamı kimi görənlər də tapıldı, hakimiyyətin ölkəmizdə dini radikalizm təhlükəsinin güclənməsi təəssüratı yaradaraq özünü Avropaya  şirin salmaq cəhdi kimi qiymətləndirənlər də. Sözsüz ki, istintaq işi bitməyənə və həbslərin əsl motivləri barədə rəsmi açıqlama verilməyənə qədər irəli sürülən bütün versiyalar eyni dərəcədə inandırıcı görünəcək. Hələlik isə rəsmi açıqlamalar Elçin Qasımovun polisə müqavimət göstərməsi kimi təqdim olunur. Olduqca klassik ittiham olan bu motiv isə həbslərin səbəbindən çox, bəhanəsinə bənzəyir.

Zənnimizcə isə, hadisənin səbəbləri barədə ağla gələn versiyalar içərisində indiyə qədər heç bir mətbu orqanda səsləndirilməyən bir ehtimalla bağlıdır. Söhbət ölkə daxilində fəaliyyət göstərən dini cərəyanlar arasındakı mövcud balansın qorunmasından gedir.

Sirr deyil ki, Azərbaycan hakimiyyəti siyasi islam təhlükəsini sovuşdurmaq üçün indiyəcən dinin öz daxili imkanlarından istifadə edir, bir-birinə qarşı olan müxtəlif məhzəbləri eyni təsir imkanında tutmağa çalışırdı. Nəticədə Səudiyyə Ərəbistanından təlqin olunan vəhabilik İran mənşəli şiəlik təlimiylə rəqabətə girir, bu amansız ideoloji mübarizə hər ikisini zəiflədir, geniş auditoriyada yayılmalarının qarşısını alırdı.

Son zamanlar isə vəhabi məzhəbinə məxsus dindarların təsir imkanlarının xeyli zəiflədiyi müşahidə olunurdu. Bir tərəfdən  Rusiyanın Suriyada İŞİD və buna bənzər radikal sünni-vəhabi qruplarına qarşı keçirdiyi hərbi əməliyyatlar, digər tərəfdən isə MTN-lə mübarizə çərçivəsində bəzi radikal sünnilərin həbs olunması nəticə etibarilə İranın Azərbaycanda tərəfdar toplamaq işini asanlaşdırırdı. Üstəlik, Türkiyə mənşəli nurçuluq da elə qardaş ölkənin öz istəyiylə təsirsiz hala gətirilmişdi. Bütün bunlar isə məzhəblər arasındakı tormozlama balansını şiələrin xeyrinə dəyişmişdi. Ortaya çıxan arzuolunmaz tablo istər-istəməz cəmiyyətimizdə  hizbullahçılıq təmayüllərinin artması ilə nəticələnə bilər, İranın əlini gücləndirərdi. Etriraf edək ki, istənilən ölkədə bu cür təmayüllərin qarşısı vaxtında alınmasa, vəziyyət nəzarətdən çıxar, sekulyar dövlətçilik ənənələri təhlükəyə düşər.

Xüsuilə, Azərbaycanın indiki zamanında İran meylli qüvvələr daha çox təhlükə əxz edir. Nədən ki, Yaxın Şərqdə Rusiya ilə yaxın müttəfiqliyi İranın Azərbaycanda təsir gücünü artıran amilə çevrilib. Digər tərəfdən, neft qiymətlərinin aşağı düşməsiylə ölkəmiz ciddi iqtisadi böhran yaşayır. Bunun əksinə olaraq, cənub qonşumuzun Qərblə yaxınlaşması iqtisadi potensialını artırmasına yol açır. İranın uzun illərə söykənən təcrübəsində isə qonşu ölkələrə dini-siyasi ideologiya ixracı üçün öz iqtisadi imkanlarını səfərbər etmək ənənəsi var. Azərbaycan insanının getdikcə pisləşəcək sosial-iqtisadi vəziyyəti cənub qonşumuzun bizə qarşı da eyni siyasət yürütməyə həvəsləndirir.

Ölkəmizdə demokratik qüvvələrin tamamilə yox edilməsi, dünyəvi müxalifətin təsirsiz hala gətirilməsi də, prinsip etibarilə, Tehranın işinə yarayır. Zira hakimiyyətin indiyə qədər bu istiqamətdə yürütdüyü siyasət müxalifətçiliyi yox, müxalifəti yox etmək prinsipi üzərində qurulub. Narazı kütləyə ümid verən heç bir demokratik təsisatın olmaması istər-istəməz insanları dini cərəyanlara meylləndirir.

Onu da unutmaq olmaz ki, Azərbaycan xalqının tarixi-mənəvi dünyagörüşü də İranın əlini gücləndirəcək mahiyyətdədir. Uzun illər eyni coğrafiyanın bir parçası olmağımız, Azərbaycan türklərinin əsas məskunlaşdığı ərazinin bu ölkənin tərkibində qalması maqnit təsirilə xalqımızı cənub qütbünə çəkə bilər. Eyni mədəni-mənəvi ənənələrə bağlılığımız, müsəlman dünyasında məhzəbçi hislərin artması və bu zamana qədər böyük rəğbətlə baxdığımız Türkiyənin məhzəb çarpışmasının içərisində aktiv yer alması istər-istəməz Azərbaycan insanının indiyə qədərki daxili təmayüllərini sarsıdır, İrana meylliliyini gücləndirəcək faktora çevrilir. Bu tendensiya hələ ki, açıq sezilməsə də, yaxın illər ərzində özünü tam aydın şəkildə büruzə verə bilər.

Bütün bu amilləri nəzərə alanda dindar həbslərinin əsl səbəbini anlamaq çətin deyil. Görünür, hakimiyyət potensial təhlükəni yox etmək üçün onun hərəkətverici qüvvəsini sıradan çıxarmaq istəyir. Fəqət ölkədəki sosial narazılığın əsl səbəbi ortadan qaldırılmasa, yalnız təşkilatların məhvi siyasətiylə istənilən nəticəni əldə etmək də mümkün deyil. Zira ictimai narazılıqlar daha çox iqtisadi vəziyyətin getdikcə pisləşməsindən doğur ki, bu durumu dəyişdirmək hakimiyyətin iradəsindən kənardır.Belə vəziyyətlərdə kütləvi narazılıqları nizamlayacaq təşkilatları yox etməklə sadəcə, xaos ehtimalını artırmaq olar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024