Siyasət / Slayd (4-04-2015, 12:45)
Putinin Bakıya gəlməsinin səbəbi...
Rusiya prezidentinin yay aylarında Bakıya səfəri gözlənilir.
Bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Putinin 2013-cü ilin avqustunda Bakıya səfəri prezident seçkilərinə təsadüf edirdi. Hərbi donanma ilə gələn rus dövlət rəhbərinin səfərindən sonra Azərbaycanda demokratiya sahəsində vəziyyət bir qədər də pisləşdi.
Hüquq müdafiəçilərinin həbsi dalğası, beynəlxalq institutların ölkədən çıxarılması, xaricdən maliyyələşən QHT-lərin bağlanması və s. prosesləri qeyd etmək olar. Putinin bu səfərindən sonra necə olacağı sualı da maraq doğurmaya bilməz.
Müsavatın başqan müavini Elman Fəttah Putinin səfərinin Azərbaycanda avtoritarizmə doğru daha bir addım olacağını proqnozlaşdırır. Başqan müavini rus prezidentinin səfərini arzuolunmaz hadisə kimi qiymətləndirir. Onun sözlərinə görə, heç bir demokratik təşkilat qəsbkar bir siyasi fiqurla görüşmək istəməz: “Putin dünya siyasətinin kabusuna çevrilib. Onun Bakıya səfəri Azərbaycanda hakimiyyətin daha da avtoritarlaşacağına bir mesajdır. Hər bir halda arzuolunan səfər deyil. Demokratik təşkilatların da onunla görüşmək arzusunda olduğunu düşünmürəm. Bu səfər ehtimal yaradır ki, iqtidar kluarlarında rusiyayönümlü idarəçilik daha da artacaq. Təbii ki, iki ölkə arasında sənədlər imzalanacaqsa, bu, Azərbaycanın Avrointeqrasiya xəttini qapadacaq. Putinin TANAP narahatlığı var. Bu məsələlər müzakirə oluna bilər”.
Azad Demokratlar Partiyasının sədri (AzDP) Sülhəddin Əkbərin sözlərinə görə, Putinin səfəri olacaqsa, yaranmış geopolitik və hərbi-siyasi vəziyyəti nəzərə alsaq, ciddi danışıqlar mümkündür: “Bu səfər baş tutacağı halda regiondakı vəziyyətdən çox asılıdır. Hazırda regionda vəziyyət tez-tez dəyişir. İranda əldə olunan razılıq da təsir edəcək. Rusiyanın mövqeyini zəiflədəcək. İranın dünya neft bazarında yer alması, sanksiyaların aradan götürülməsi nəticəsində neftin qiyməti düşməlidir. İran-Amerika münasibətlərinin yaxşılaşması da Rusiya üzərindən qurduğu siyasətə zərbə olacaq. Ukrayna böhranında da dəyişiklik olacaq. Bu baxımdan regiondakı vəziyyət Azərbaycanla Rusiyanın geopolitik və hərbi-siyasi müzakirələrinə keçid olacaq”.
S.Əkbərin müşahidələrinə görə, onsuz da demokratik sahəsində vəziyyət ağırdır: “Rusiya ilə yaxınlaşdıqca vəziyyət daha da ağırlaşacaq. Hakimiyyətin geri addım atması görünmür. Dağlıq Qarabağ və ətrafında yaranmış vəziyyət, sülhməramlı qüvvələrin Qarabağa yerləşməsi də müzakirələr mövzusu ola bilər. Rəsmi Bakı Kremllə danışıqlarda ehtiyatlı olmalıdır. Geri dönüşü çətin olan addım atmamalıdır".
AzDP sədri Putinlə müxalifətin görüşü olacağını güman etmir. Onun sözlərinə görə, belə dəvət olacağını gözləmir və praktikada belə hal olmayıb. KXCP sədrinin müavini Xəzər Teyyublu hesab edir ki, hər halda, bu cür qiymətləndirmək də olmaz. Onun sözlərinə görə, Putinin səfəri hər zaman əhəmiyyətli olub. X.Teyyublunun fikrincə, KXCP Rusiya prezidenti ilə görüşə hazırdır və Qarabağ naminə müzakirələrə problem görmür:
“Amma Rusiya iqtidarı ilə Azərbaycan müxalifəti arasında görüşlər olmayıb. Belə bir görüş olacaqsa, Azərbaycanın Qarabağ problemini müzakirə etmək olar. Demokratik parlament seçkilərinin keçirilməsi uğrunda mübarizə ərəfəsində, o cümlədən Avropa Oyunları ərəfəsində Putinin gəlişi inanmaq istərdik ki, Azərbaycan dövlətçiliyinə uğur gətirsin. Heç kəs Rusiyanın əleyhinə deyil. Sadəcə, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq bərabər səviyyədə olmalıdır. Amma imperialist maraqları varsa, xalqımız öz dövlət müstəqilliyi uğrunda mübarizəyə hazırdır”. (musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024