Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-11-2015, 16:25)
Telman İsmayılovun oteli cəmi 128 milyon dollara satıldı

1sss

 

Son məlumata görə, Telman İsmayılovun Antalyadakı dəbdəbəli “Mardan Palace” oteli az əvvəl hərracda satılıb və otelin yeni sahibi iş adamına kredit verən “Halk Bank” olub.
Mediatv.az saytı Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Antalya İcra dairəsi “Garanti bank”ın  iddiası əsasında həbs qoyulan və satışa çıxarılan “Mardan Palace” oteli üzrə bu gün hərrac keçirib.
719 milyon türk lirəsindən (TL) satışa çıxarılan otel cəmi 360 milyon TL-yə satılıb. Bu, təxminən 128 milyon dollar deməkdir.

“Garanti Bank”ın Telman İsmayılovdan 207 milyon TL borcunu tələb edirdi və borc ödənilmədiyinə görə otelə həbs qoyulmasını və məcburi satışını tələb etmişdi.
Lakin hərracda otelə müştəri tapılmayıb və tək müştəri olan “Halk Bank” 7 ulduzlu dəbdəbəli oteli dəyərindən 10 dəfə aşağı qiymətə alıb. Satışdan əldə edilən vəsaitin 207 milyon TL-i “Garanti bank”a ödəniləcək.

Həmçinin T.İsmayılovun “Halk bank”a da borcu olduğundan bu bank qalan vəsaiti ödəməyəcək və onu borca siləcək.
“Mardan Palace” oteli 2009-cu ilin mayında açılmışdı və Telman İsmayılovun atasının adını daşıyan bu dəbdəbəli otel 1.4 milyard dollar başa gəlmişdi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024