“Gəncədə Şah Abbas məscidindən İmamzadəyə yürüş edilməsinə haqlı olaraq icazə verilməyib”.
Mediatv.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri deyib hər il xəbərdarlıq edilir ki, mərasimlər məscid ərazisində keçirilməlidir: “Gəncədə yaşayanlar bilir ki, Şah Abbas məscidindən İmamzadəyə qədər olan məsafə çox böyükdür. Bu da yolboyu həm nəqliyyatın, həm də əhalinin hərəkətinə mane ola bilərdi. Ona görə də hüquq-mühafizə orqanları haqlı olaraq yürüşün qarşısını alıb”.
Hacı Allahşükür Paşazadə də bütün müsəlmanlara tövsiyə edib ki, mərasimləri məscidlərdə keçirsinlər.