Cəmiyyət (23-10-2015, 22:46)
“Torpağımı zəbt edib dedilər Eldar Mahmudova villa tikirlər” - Video
Xəbər verdiyimiz kimi, “MTN işi” üzrə zərərçəkən sahibkarların siyahısı hazırlanır.
“Mediatv.az” musavat.com-a istinadən xəbər verir ki, artıq həmin şəxslərdən bir neçəsinin ifadəsi alınıb. Baş Prokurorluqda dindirilənlərdən biri də Sarı Məmmədovdur. Onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 sot torpağı zəbt edilib.
S.Məmmədov deyir ki, onun özəl torpağı MTN-nin Sabunçu Rayon Şöbəsinin rəisi Faiq Nuriyev tərəfindən alınıb. Torpağını tələb edəndə isə ona deyiblər ki, zəbt olunmuş torpağında nazir Eldar Mahmudova villa tikilir, əbəs yerə başını ağrıtmasın.
S.Məmmədov torpağın boşadılmasını israr edəndə isə üzünə 2 şəxsi durduracaqlarını, maşınına silah, narkotik atacaqlarını və ya qadınla şantaj edəcəklərini deyiblər.
Qeyd edək ki, MTN-çilərin şantajı ilə üzləşənlərdən biri də iş adamı Maqsud Mahmudov olub. O, bildirib ki, artıq vəkili sənədləri hazırlayaraq istintaqa təqdim edib. M.Mahmudov da S.Məmmədovun üzləşdiyi hədələrlə qarşı-qarşıya qalıb. 2 ay əvvəl MTN-nin Antiterror Mərkəzinə dəvət olunan iş adamına “istəsək, səndən bin Laden, narkobaron da düzəldə bilərik” deyiblər.
Sarı Məmmədovun videomüsahibəsini təqdim edirik: