Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-10-2015, 12:49)
MTRŞ-nın "cəza maşını" işini davam etdirir... - ATV-yəxəbərdarlıq olundu

MTRŞ-nın "cəza maşını" işini davam etdirir...
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azad Azərbaycan (ATV) kanalında yayımlanan "Qız atası" serialına görə bu televiziyaya şifahi xəbərdarlıq edib.

Mediatv.az xəbər verir ki, bu barədə Report-a Şuranın şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib. 

Onun sözlərinə görə, "Qız atası" serialında Azərbaycan ailəsinə xas olmayan söhbətlər baş verir, xalqın adət-ənənəsinə yad olan ailə obrazı yaradılır ki, iradlar da bu istiqamətdədir: 

"ATV-nin proqram direktoru bu məsələni öz nəzarətlərinə götürdüklərini bildirdi. Serialın baş prodüseri, aktyor Elməddin Cəfərov Şuranın iradlarını qəbul etdi. O, qısa zamanda ssenaridə dəyişiklik ediləcəyini və tamaşaçının bir daha narahatlıq yaradan məqamlarla qarşılaşmayacağını bildirib". 

Şöbə müdirinin sözlərinə görə, "Qız atası" serialında "Qayınanamız" serialında olduğu kimi qeyri-etik mövzu və söhbətlərə yer verilmədiyi üçün şifahi xəbardalıqla kifayətləniblər. 

T.Dadaşov onu da bildirib ki, yayımı bir aylıq dayandırılan "Qayınanmız" serialı əvvəllki formada efirə qayıdarsa, yayımına icazə verilməyəcək: "Qayınanamız" serialı irad tutulmuş məsələləri aradan qaldırarsa, yayımına icazə veriləcək". 

Şöbə müdiri vurğulayıb ki, telekanalın məsul şəxsləri MTRŞ-nin qərarını anlayışla qarşılayıb və irad tutulan problemlərin aradan qaldırılacağına söz veriblər: 

"ATV-nin məsul şəxsləri bizim qərarımızı anlayışla qarşıladı və verilən qərarları efirin sağlamlaşdırılmasına yönəlik addım kimi dəyərləndiriblər. Bildiriblər ki, Azərbaycanın efirində normal verilişlərin yayımlanmasını istəyirlər və bu işdə atılan addımlara qarşı deyillər". 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024