Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-09-2015, 15:12)
Azərbaycanlı nazirlərin ilk iş yerləri - Fəhlə, maşinist köməkçisi...

Azərbaycanlı nazirlərin ilk iş yerləri -

 

Mediatv.az-ın məlumatına görə, qaynar.info Azərbaycan Nazirlər Kabineti üzvlərinin ilk iş yerlərini araşdırıb. Artaşdırma nəticəsində məlum olub ki: 

Baş nazir Artur Rəsizadə iş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb.

Baş nazirin 1-ci müavini Yaqub Eyyubov isə əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi start verib.

Baş nazirin müavinlərindən Abid Şərifovun ilk iş yeri 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq tikinti ustası,  Əli Əhmədovun ilk iş yeri 1975-ci ildə Baş Arxivlər İdarəsinin baş elmi işçisi, İsmət Abbasovun ilk iş yeri isə 1976-cı ildə Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis olub. 

Xarici işlər naziri Elmar Məmmədyarovun ilk iş yeri 1982-ci ildə Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib vəzifəsidir.

Kənd təsərrüfatı naziri Heydər Əsədov hələ institut illərində (1978-1984) işləməyə başlayıb – bu müddətdə o, fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi kimi çalışıb.

Nəqliyyat naziri Ziya Məmmədov əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb.

Maliyyə naziri Samir Şərifov iş fəaliyyətinə . 1983–cü ildə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində iqtisadçı olaraq start verib.

Vergilər naziri Fazil Məmmədovun ilk iş yeri 1987- ildә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı vəzifəsidir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əmək fəaliyyətinə 1990-cı ildə Bakı Baş Tikinti İdarəsində baş mühasib, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində texnik, gənclər və idman naziri Azad Rəhimov 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi olaraq başlayıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının ilk iş yeri 1993-cü ildə Aqrar Sənaye Bankının mühasibat uçotu idarəsində iqtisadçı, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun ilk iş yeri 1992-ci ildə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim, energetika naziri Natiq Əliyev isə 1970-ci ildə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azdənizneftkəşfiyyat" trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda mühəndis vəzifəsidir.

Ədliyyə naziri Fikrət Məmmədov əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi, müdafiə sənayesi naziri Yavər Camalov isə 1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru kimi başlayıb. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun ilk iş yeri 1959-cu ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"da mühəndis olub. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əmək fəaliyyətinə 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim olaraq start verib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024