Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-09-2015, 13:44)
Yanan bina ətrafında müəmma – Niyə təhvil verilmir?

 

 

Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğından 4 aydan çox vaxt keçir. Yana binanın yeni dərs ili başlayana kimi təhvil veriləcəyi gözlənilsə də proses hələ də yubanır.

Mediatv.az-ın məlumatyına görə, baş nazirin müavini Abid Şərifov mətbuata açıqlamasında binanın təmirinin sentyabrın 15-ə kimi yekunlaşacağını və sakinlərə təhvil veriləcəyini demişdi. 

Bildirmişdi ki, onlar işlərin məhz 15 sentyabradək başa çatdırılması haqda tapşırıq alıblar və bu, şagird və tələbələrin yeni dərs ilinə daha rahat getmələrini təmin etmək üçün vacibdir.



“Nə üçün 15 sentyabra? Yəni dərslər başlanana qədər qurtarsın ki, orada yaşayan insanların balaları üçün, övladları üçün məktəb problemi, institut problemi yaşanmasın. Çünki bu insanlar ayrı-ayrı yerlərdə yaşayırlar. Bəziləri şəhərdən kənarda, bəziləri uzaqda qalır, həmin o rayonda yaşamır. Ona görə bir problem olmasın deyə, əsas məqsədimiz bundan ibarətdir ki, 15 sentyabra kimi bu binanı qurtaraq”-deyə Abid Şərifov bildirmişdi.

Yeni dərs ili başlasa da bina sakinlərə təhvil verilməyib. Halbuki, binada təmir işləri tamamilə yekunlaşıb. Bu yaxınlarda yanan binadan reportaj hazırlayarkən təmir-bərpa işlərinin tam başa çatdığının şahidi olmuşduq. 

Evlər tamamilə təmir olunub, mənzillərə yeni mebellər yerləşdirilib. İş icraçıları da binanın təhvil verilməsi üçün problemin olmadığını bildiriblər.



Bəs, bina niyə təhvil verilmir?

Binanın təmir işlərini aparan “Azəraqrartikinti” ASC-nin sədri, Milli Məclisin deputatı Ağalar Vəliyev AzVision.az-a bildirib ki, üzərlərinə düşən işi yerinə yetiriblər. Binanın təhvil verilməsi onların yox, aidiyyatı qurumların işidir.

Məsələyə aydınlıq gətirmək üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsək də sualımıza cavab verən tapılmadı. Əlaqə saxladığımız məsul şəxslər bununla bağlı mətbuata açıqlama vermək istəmədiklərini deyiblər.

Bildirilib ki, bina hələ tam hazır deyil, hazır olandan sonra təhvil veriləcək.

Evləri yanan sakinlər də mənzillərinə köçəcəkləri günü səbrsiziklə gözləyirlər.

Qeyd edək ki, bu ilin mayın 19-da baş verən faciə nəticəsində 14 nəfər dünyasını dəyişib. Məlum faciədən sonra ölkə başçısı binanın yenidən əsaslı şəkildə təmiri üçün dövlət büdcəsindən 3milyon manat vəsait ayırıb. 
Prezidentin tapşırığına əsasən bina yenidən təmir edilərək, bütün əşyaları ilə birlikdə sakinlərə təhvil verilməlidir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024