Mediatv.az-ın xəbərinə görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib.
"Hər il olduğu kimi, bu ildə qurbanlıq heyvanların satışı təşkil olacaq. Bu tədbir İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilir. Arxayınlıqla demək olar ki, bu cür yerlərdə təklif olunan qurbanlıq heyvanların qiyməti mövcud bazar qiymətlərindən 20-30% ucuz olacaq", - deyə Z. İsayev bildirib.
Z. İsayev deyib ki, qurbanlıq heyvanların satışının təşkil olunacağı yerlər hələlik dəqiqləşdirilir: "Bu, elə yerlər olmalıdır ki, piyada və sürücülərə mane olmasın, əhalinin rahatlığını pozmasın. Müvafiq icra hakimiyyəti orqanları ilə bu yerlər dəqiqləşdirilir və ictimaiyyətə bununla bağlı ətraflı məlumat veriləcək".
apa