Cəmiyyət (15-09-2015, 14:24)
“Xahiş edirəm, məni bu işə qatmayın!” – Misir Mərdanov
Sabiq təhsil naziri Misir Mərdanovun noyabr ayında keçiriləcək parlament seçkilərinə qatılacağı xəbəri yayılıb. YAP-ın namizədi olaraq seçkilərə qatılacağı deyilən sabiq nazirlə ilkin razılığın əldə olunduğu da vurğulanıb.
Mediatv.az-ın məlumatına görə, hətta, sabiq nazirə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmək də təklif olunub.
Lakin keçmiş təhsil naziri Misir Mərdanov Modern.az saytının əməkdaşı ilə söhbət zamanı yazılanların tam əksini deyib.
“Misir müəllim, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyinizi vermək fikriniz varmı” sualına eks-nazirin reaksiyası belə oldu.
“Yox, yox xahiş edirəm, bu cür məsələlərlə bağlı mənə müraciət etməyin. Parlament seçkiləri barədə heç nə deyə bilmərəm. Məni bu işə qatmayın!”.
YAP-ın seçki siyahısına adı salındığı deyilən Misir Mərdanovun namizədliyini irəli sürəcəyi 16 saylı dairədən hazırkı deputat Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovdur.
Qeyd edək ki, xəbəri strateq.az saytı yayıb.