Cəmiyyət (10-09-2015, 18:38)
Bakının fırıldaqçı taksiləri
Bakıda bir zamanlar "London taksi"ləri fəaliyyətə başlayarkən şəhər sakinləri sevinirdilər.
Fərqli, Avropa standartlarına uyğun xidmətin göstəriləcəyi ilə bağlı ümidlər var idi. Ancaq zaman keçdikcə göründü ki, Bakıdakı taksilərin Avropa standartlarına yaxınlaşmasına hələ çox var. London taksilərinə minsək də, londonlular kimi xidmət görmürük.
Milli.Az-a məktub yazan Sevil adlı oxucu qeyd edir ki, bu gün şəhərdə "London taksi"lərindən birinə minib. 10 AT 973 dövlət nömrə nişanlı "London taksi"sinin kobud davranışları xanım sürücünü şikayətçi edib. Xanım deyir ki, sürücü qəsdən yolu uzadıb. Soruşanda ki, "niyə qısa yolla deyil, uzun yolla gedirsən?" sürücü yolu tanımadığını deyib. Etiraz etdikdə isə xanım müştəri ilə kobud danışmağa başlayıb.
Xanım güman edir ki, sürücü daha çox yol qət edərək sayğacın daha çox pul yazmasını istəyib. Ona görə yolu uzadıb.
Məsələ ilə bağlı "London taksi"lərinin sahibkarı olan "Baku Taksi" şirkəti ilə əlaqə saxladıq. Şirkətin müştəri xidmətlərinin rəhbəri Emil Razionov bildirib ki, müştərilər sürücülərin xidmətindən narazı qaldıqda, *9000 telefon nömrəsinə zənq vuraraq şikayətlərini çatdıra bilərlər. Müştəri xidmətlərinə daxil olan hər bir müraciət araşdırılır, sürücülər barəsində tədbir görülür.