Cəmiyyət (10-09-2015, 15:45)
Parisin sevgi ənənəsi Azərbaycana gəldi - FOTO
Parisdəki sevgi körpüsü haqqında, yəqin çoxlarınız eşitmisiniz. Bu körpüyə qalxan sevgililər bir qıfıl bağlayır, sonra da açarı çaya atırlar. Belə bir ənənə sevginin əbədiyilini simvolizə edir. Açarı itmiş qıfılı heç kim aça bilmədiyi kimi, bu sevgililəri də heç kim bir-birindən ayıra bilməz.
Mediatv.az xəbər verir ki, belə bir ənənə Azərbaycana, daha doğrusu Sumqayıt şəhərinə də gətirilib. Sumqayıta nə vaxtsa səfər etmiş hər kəs bulvardakı Sevgi Körpüsünü tanıyır. Bu körpünün astanasında ürək şəklində maraqlı metal konstruksiya quraşdırılıb. Konstruksiyanın aşağı hissəsində isə bir sandıq var. Sevgililər öz qıfıllarını həmin ürəyə bağladıqdan sonra açarı dəmir sandığa atırlar. Həmin sandığın açarının isə kimdə olduğu bilinmir.
Yeni quraşdırılan Sevgi ürəyini artıq sevgililər ziyarət ediblər. Üzərində artıq bir neçə ədəd qıfıl da vurulub.