44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Mediatv.az erməni KİV-ə istinadən xəbər verir ki,  hərbi qulluqçunun meyitinin qalıqları Füzuli istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 661-ə çatıb.