Təhsil (24-06-2021, 20:03)
TƏHSİL PROBLEMİ...
2020-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 19 628 şagird bitirib və onların 19 172 nəfəri buraxılış imtahanında iştirak edib. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.
Bakı şəhər abituriyentlərinin yalnız 43,60 faizi 300-dən yuxarı bal toplayıb. Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 4,67 faizi 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 45,53 faizdir.
Qəbul imtahanlarında 304 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 185 saylı və 105 saylı tam orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Hər iki məktəbdən bir nəfərin belə ali məktəbə daxil olmaması ciddi siqnaldır. Bütün bunlar həmin təhsil ocaqlarında tədris səviyyəsinin aşağı olduğundan xəbər verir.
Mövcud durumla bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Elçin Əfəndi təəssüflə bildirib ki, təkcə Bakı şəhərində yox, həmçinin regionlarda belə durum var:
“Goranboyda, Ağsuda və İsmayıllıdakı bir məktəbdə bu cür vəziyyət hökm sürür. Məzunların çoxu ali məktəbə qəbul ola bilməyiblər. Təəssüf ki, bütün bunlar həmin rayonlardakı məktəblərdə ümumi idarəetmənin zəif olması, eyni zamanda təhsil verənlərin keyfiyyət göstəricilərinin aşağı olmasından xəbər verir. Bunun da başlıca səbəbi məktəblərə qəbul imtahanlarında gənc kadrlara üstünlük verilməməsidir. Qeyd olunan ərazilərdə yaşlı kadrların informasiya texnologiyalarından uzaqdır. Pandemiya ilə əlaqədər ötən il və bu il dərslər onlayn platformadan aparıldı. Beləliklə, həmin ərazilərdə onlayn dərslər keçirilmədi. Bu, bizim üçün ciddi bir xəbərdarlıqdır”.
Ekspertin sözlərinə görə, son 16 ildə məzunların sayı aşağı düşüb:
“Məsələn, 2004-cu ildə dünyaya 150 min şəxs gəlib. Amma həmin şəxslər məzun yaşına çatanda say birdən-birə 70-80 min olub. Qalan 60-70 min şəxsin təhsili barədə hansısa informasiya yoxdur. Təəssüf ki, belə faktlar var və hər birimizi narahat etməlidir. Yalnız Dövlət İmtahan Mərkəzinin (DİM) hadisəni işıqlandırdığına şahidik. Digər aidiyyəti qurumlar isə sanki bu faktlarla maraqlanmırlar. 2020-ci ildə ümumtəhsil məktəblərində 79843 nəfər məzun olub, son 16 isə məzunların sayı 30366 nəfərə düşüb. Hər il məzunların sayı azalır. Müəyyən regionlarda xüsusilə qız uşaqlarını 9-cu sinifdən çıxarırlar, kimlərsə ailə həaytına məcbur edilir. Bu kimi hallar da məzunların azalmasına və kütləvi savadsızlığa gətirib çıxarır. Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti mütləq işə başlamalıdır. Çünki gələcəkdə bu durumun ağrılı nəticələrini ciddi şəkildə görəcəyik”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024