Təhsil (3-08-2021, 17:55)
Uçuruma gedən Azərbaycan təhsili...
Artıq 2021-2022-ci il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşdı. II və III ixtisas qrupu üzrə nəticələr açıqlansa da, digər ixtisas qrupunun yekun nəticələri qarşıdakı günlərdə elan ediləcək. Pandemiya ilə əlaqədar, keçən ilin ikinci yarısında olduğu kimi, geridə qoyduğumuz tədris ilində də dərslər distant formada təşkil edildi. Bəs onlayn tədrisin qəbul imtahanlarındakı nəticələrə təsiri necə olub?
"Yüksək bal toplayan abituriyentlərin sayı azalıb"
Bu və digər məsələlərlə bağlı Demokrat.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, qəbul imtahanlarında yüksək nəticələr əvvəlki illərlə müqayisədə azalıb:
“Pandemiya səbəbilə 2020-ci ildən tədris prosesinin formatının dəyişməsi birmənalı şəkildə buraxılış və qəbul imtahanların öz təsirini göstərdi. Ötən il keçirilən qəbul imtahanlarında 3-cü ixtisas qrupu üzrə 690 baldan yuxarı nəticələr var idisə, bu il oxşar nəticə qeydə alınmadı. Təkcə 2-ci ixtisas qrupunda yüksək nəticə 691 bal oldu. 2 və 3-cü ixtisas qrupu üzrə nəticələri əvvəlki illərlə müqayisə edəndə, yüksək bal toplayan abituriyentlərin sayının azaldığını görürük. Abituriyentlər arasında 250-500 bal toplayanların sayı daha çoxdur. Bu il 3-cü ixtisas qrupu üzrə sənəd verənlərin sayında da azalma var".
"Düşünürəm ki, cari il onlayn təhsilin nəticələri özünü daha çox 1 və 4-cü qrupda göstərdi. Həmin ixtisas qrupları üzrə texniki və təbiət dərslərinin distant formada təşkilində müəyyən problemlər vardı. Bu da özünü bilavasitə qəbul imtahanlarının hər iki mərhələsində göstərdi. Bu ixtisas qrupları üzrə imtahanlar 28 iyulda keçirilib və həmin müddətdən bəri olan nəticələrdə 1-ci ixtisas qrupu üzrə nəticələrin də yüksək olmadığını müşahidə edirik. Xüsusilə, bölgələrdə, dağlıq və dağətəyi rayonlarda internet və vasitələrin lazımi səviyyədə olmaması distant təhsilin təşkilində problemlərin yaranmasına və qəbul imtahanı nəticələrinə təsir göstərdi. Həmçinin, 4-cü ixtisas qrupu üzrə yüksək nəticələrin də çox olmadığını müşahidə edirik. Ümumilikdə, dərslərin distant təşkili buraxılış və qəbul imtahanlarının nəticələrinə açıq şəkildə təsir göstərdi”- K.Əsədov qeyd edir.
"Nəticələrin bu qədər pis olması gələcək üçün xoş vədlər vermir"
Digər təhsil eksperti Elçin Əfəndi isə builki nəticələrin gözləniləndən daha aşağı olduğunu qeyd edib:
“Ali təhsil müəssisələrinə həm buraxılış, həm də blok imtahanları başa çatdı. Hələ ki, buraxılış imtahanlarının və 2-ci və 3-cü qrup üzrə imtahan vermiş abituriyentlərin nəticələri açıqlanıb, 1-4-cü qruplar üzrə nəticələrin növbəti həftə elan olunacağı gözlənilir. İndiyədək məlum olan nəticələr və 1-4-cü qruplar üzrə aparılan sorğuya əsasən deyə bilərik ki, bu il imtahan vermiş abituriyentlərin nəticələri keçən illərlə müqayisədə aşağıdır. Olduqca bərbad nəticələrlə üz-üzəyik. Nəticələrin bu qədər pis olması gələcək üçün xoş vədlər vermir. 2019-cu ildəki nəticələrlə müqayisə aparsaq, böyük fərqin şahidi ola bilərik, həmin il nəticələr daha yüksək idi. Burada pandemiyanın və onunla bağlı olaraq təhsilin distant formada təşkilinin böyük təsiri var. Dərslərin distant formada təşkilinin davam etməsi 2022-2023-cü il üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə də təsirsiz ötüşməyəcək. Buna görə də, növbəti tədris ili mütləq şəkildə ənənəvi qaydada təşkil olunmalıdır, xüsusilə də 10 və 11-ci siniflər üçün ənənəvi təhsili bərpa etməliyik. Orta məktəbdə distant təhsildən yararlanan abituriyent aşağı nəticələrlə ali təhsil müəssisələrinə qəbul olursa və universitetdə də distant formada təhsil alacaqsa, biz gələcəkdə əmək bazarına ixtisaslı kadr çıxara bilməyəcəyik. Bunun nəticəsini təkcə dövlət deyil, cəmiyyətimiz də hiss edəcək.
Onu da qeyd etməliyik ki, bir neçə ildir ki, qəbul imtahanları iki dəfə keçirilir və nəticəsi zəif olan abituriyentlər ikinci şansla daha ciddi hazırlaşırdı. Son iki ildə isə pandemiya ilə əlaqədar ikinci cəhd təşkil edilmir. Abituriyentlərin nəticələrinə təsir edən amillərdən biri də budur”.
"Əksər ölkələrdə yaranan təhsilsizlik boşluğu bizdə yaşanmadı"
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini İlqar Orucov saytımıza açıqlamasında distant təhsilin keyfiyyətə və nəticəyə təsir göstərdiyini və qurumun bu istiqamətdə vacib addımlar atdığını bildirib:
“Keçən ilin martından təhsilin distant formada təşkili abituriyentlərin hazırlığına, ümumilikdə təhsilin keyfiyyətinə xeyli dərəcədə mənfi təsir göstərdi. Biz artıq ikinci ildir ki, analoji vəziyyətlə qarşılaşırıq. Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə buraxılış imtahanlarından sualların pandemiyadan əvvəlki illərə nisbətən daha asanlaşdırılması üçün yollar axtardı. Keçən il olduğu kimi, bu il də imtahanlarda həmin təcrübə tətbiq olundu və suallar daha asanlaşdırıldı. Bunun abituriyentlərin qəbul imtahanlarında və ali məktəbə qəbul nəticələrində özünü göstərəcəyinə inanırıq. Əslində, bütövlükdə qəbul planında hansısa çətinliyin yaranacağına inanmıram, çünki əvvəldən bu proses nəzərə alındı və qabaqlayıcı tədbirlər addımlar atıldı”.
Mütəxəssis nazirliyin pandemiya şəraitində bütün mümkün imkanlardan istifadə etdiyini və bu şərait davam edərsə, maksimum faydalı addımların atılmağa davam edəcəyini vurğuladı:
“Biz hər zaman orta məktəblərdə xüsusilə abituriyentlər üçün təhsil şəraitini yaxşılaşdırmaq məsələsini diqqətdə saxlayırıq. Ölkədə pandemiya ilə bağlı qəbul olunan qərarları daha çevik və doğru qərarlar kimi xarakterizə edərdim. Çətin şəraitdə, kritik vəziyyətdə əksər ölkələrdə yaranan təhsilsizlik boşluğu bizdə yaşanmadı. Təhsil Nazirliyi bütün mümkün vasitələrdən, qeyri-ənənəvi təhsil alətlərindən istifadə edərək, bütün zəruri addımları atdı. Keçən təhsil ilindən fərqli olaraq, 2020-2021-ci ildə daha oturuşmuş təhsil mühiti yaradıldı. Təqdim edilən vasitə və alətlərdən həm müəllimlər, həm də şagirdlər daha uğurla yararlana bildilər. Yeniliklər atılan addımlarla yekunlaşmamalıdır və yekunlaşmayacaq. Düşünürəm və ümid edirəm ki, növbəti təqvim və tədris ilində biz ənənəvi təhsilə başlaya biləcəyik”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024