Təhsil (Bu gün, 09:07)
Bir müəllimin tamahı gələcəyimizi NECƏ TƏHDİD EDİR... - NARAZILIQ VAR...
Yasamal rayonu 308 saylı məktəbdə baş verən hadisələr valideynlərin və ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məlumatlara görə, bir qrup şagirdin təhsil hüququ məktəbdə çalışan müəllim Təranə Məmmədovanın qanunsuz hərəkətləri ucbatından pozulub.Vətəndaş Süleymanov Teymur bildirir ki, oğlu Süleymanov Yusif Teymur oğlu 2024–2025-ci tədris ilində buraxılış və blok imtahanlarını verərək məktəbi bitirib. Lakin ixtisas seçimi mərhələsində sistemdə “təhsil sənədi təsdiqlənməyib” qeydi çıxıb və şagird ali məktəbə sənəd verə bilməyib.
TəhsilMedia.az qeyd edir ki, valideynin sözlərinə görə, bu vəziyyət təkcə onun övladının başına gəlməyib. Eyni hal daha 4 şagirdin də təhsil hüququnu pozub. Məsələnin kökündə isə rüşvət və saxta qiymətləndirmə dayanır:
“Təranə Məmmədova valideynlərə açıq şəkildə deyirdi ki, 2000 manat versəniz, övladınıza 4 yazaram, əks halda jurnalda qayıb kimi göstərəcəyəm. Biz buna razı olmadıq, nəticədə övladımızın sənədi təsdiqlənmədi. Bu gün Yusif kimi Kərimov Emil və daha iki şagird də eyni durumdadır.”
TəhsilMedia.az bildirir ki, araşdırmalara görə, bəzi şagirdlərin jurnal qiymətləri ilə attestat qiymətləri arasında ciddi uyğunsuzluq var. Yəni sənədlərdə qiymətlər dəyişdirilib, süni şəkildə şagirdlərin nəticələri “yaxşılaşdırılıb”.
Valideynlər hesab edir ki, bu cür hallara göz yumulması məktəblərdə sistemli korrupsiya mühitinin yaranmasına səbəb olur. Onların fikrincə, bir müəllimin şəxsi maraqları nəticəsində bir neçə gəncin təhsil arzusu puça çıxıb.
Süleymanov Teymur bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi müraciət ünvanlayıb. O, məsələni ictimailəşdirməkdə məqsədinin yalnız övladının deyil, bütün zərərçəkmiş şagirdlərin hüquqlarının bərpası olduğunu vurğulayır:
“Bizim övladlarımız bu ölkənin gələcəyidir. Bir müəllimin rüşvətgir davranışı neçə ailənin ümidini qırmamalıdır. Mən istəyirəm ki, bu məsələ araşdırılsın, günahkar cəzalandırılsın və uşaqların təhsil hüququ bərpa edilsin.”
Hazırda valideynlər aidiyyəti qurumlardan 308 saylı məktəbdə qiymətləndirmə prosesinə və attestatların təsdiqinə dair təcili araşdırma aparılmasını tələb edirlər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 10 2025
26 10 2025
26 10 2025
26 10 2025
26 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
24 10 2025
24 10 2025




















