Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 19:35)
“Monella” MMC-nin kölgəsində: polkovnikin biznes planı və gizli sazişlər

 Ehtiyatda olan polkovnik-leytenant İsmayılov Qurbanəli Nadir oğlu illər əvvəl verdiyi bir müsahibəsində belə bir hadisəni xatırlayırdı:

“Yaxşı xatırlayıram, Polşa Kommunist Partiyasının yaranma ildönümü idi. Polşada SSRİ Silahlı Qüvvələrinin tərkibində zabit kimi xidmət edirdim. Legnica şəhərində Sovet ordusunun zabitləri yerli sakinlərlə görüşlər keçirirdilər. Həmin tədbirlərdən birində tanış olduğum polyak mənə haralı olduğumu soruşdu. Dedim, azərbaycanlıyam. O isə təəccüblə “Armeniya?” dedi. Cavab verdim, yox, Azərbaycanlıyam, amma Gürcüstanda doğulmuşam. O isə sevinc içində “Aaa, Qruzin!” – deyə cavab verdi. O an düşündüm: Ermənistanı, Gürcüstanı tanıyır, amma Azərbaycanı yox. Bu, mənə çox təsir etmişdi. İllər keçdi...”

Zabitlik həyatından sahibkarlığa keçid edən Qurbanəli İsmayılovun adı son illər Bakının sərnişin daşımaları sektorunda yaranan qalmaqallarla tez-tez hallanır.

Apardığımız araşdırmalardan məlum olur ki, hazırda Əmanətlərin Sığortalanması Fondunda Qurbanəli İsmayılovun adına 10 milyondan çox borc ödənilməmiş saxlanılmaqdadır. İcrası bilərəkdən gecikdirilən və bu günə qədər ödənilməyən yüklü məbləğin himayəsini kim hansı məqsədlə edir?
Məlumata görə, Qurbanəli İsmayılov dövlətə qarşı borclarını ödəməmək məqsədilə oğlunun adına yeni MMC yaradaraq, “Monella” şirkətinə aid nəqliyyat və marşrut xətlərini həmin yeni qurumun balansına keçirməyə çalışıb. Məqsəd “Monella” MMC-nin iflas vəziyyətində olduğunu göstərib vergi və digər öhdəliklərdən yayınmaq olub.

Hazırda “Monella” MMC-nin balansında 40–50 avtobus olduğu bildirilir. Avtobusların bir qismi Xırdalan–Binəqədi yolu üzərində yerləşən qarajda saxlanılır.
Qaraj rəsmi sənədlərdə İsmayılov Teymur Qurbanəli oğlunun adına qeyd olunsa da, ərazinin əslində Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı “Mamed” adlı şəxsə məxsus olduğu, onun isə qarajı Qurbanəli İsmayılova icarəyə verdiyi iddia edilir. Mənbələrə görə, Mamedlə Qurbanəli arasında qeyri-rəsmi razılaşmalar və gizli sazişlər mövcuddur.

Qeyd edək ki, Qurbanəli İsmayılovun oyunları bununlada bitmək bilməyib. Dövlətə olan milyonluq borcları ödəmədən rahat biznesini işlədən sahibkar sürücülərini cərimələrdən qoruduğu kimi işdən azad edilmiş sürücülərində ümummiyyətlə bird aha işləməməsi üçün var gücü ilə çalışmaqdadır. Sürücülərin şikayətlərinə əsasən, şirkət rəhbərliyi işdən çıxan və artıq fəaliyyətdə olmayan şəxslərin adlarına cərimələri yazdırıb. Nəticədə həmin şəxslərin bəziləri sürücülük hüququndan məhrum edilib. Belə ki, hamıya sirr olmayan şirkətlərin etibarnamə əsasında deyil sürücülərin yol vərəqəsi əsasında nəqliyyatı idarə etməsi cərimələrin nəqliyyat üzrə qeydə alınaraq ay sonunda toplu şəkildə sürücülük vəsiqələri şirkət tərəfindən nəqliyyatın nömrələri ilə birgə təqdim edilməklə cərimələrin yazılması təmin edilir. Bu əslində qanuna ziddir lakin yol vərəqəsi ilə sərnişin daşımanın həyata keçirilməsi cərimənin yerində yazılmasına ciddi problemlər yaratmaqdadır. Bu fürsəti öz xeyrinə çevirən isə ehtiyatda olan polkovnik-leytenant İsmayılov Qurbanəli Nadir oğludur.

Keçmiş sürücülərdən biri Namiq Həsənov Ədalət oğlu bildirir ki, işdən azad ediləndən bir neçə ay sonra ona yüksək məbləğli, ardıcıl protokollar tərtib edilməsini görüb. Onun adına 3 712 manat borc rəsmiləşdirilib, halbuki işlədiyi müddətdə cəmi 130–140 manatlıq cəriməsi olub. Lakin nə kəramətdirsə işləyənda az cərimə gəlsədə işləməyəndə sanki işləməməsinin cəzasıda onun sürücülük vəsiqəsinə yazılmağa davam edib.
Qurbanəli İsmayılovun rəhbərlik etdiyi “Monella” MMC-nin qanun pozuntuları təkcə vergi və nəqliyyat sahəsində deyil, əmək münasibətlərində də özünü göstərib.

2019-cu il, 22 oktyabr tarixində “Report.az”ın məlumatına əsasən, Dövlət Əmək Müfəttişliyi Xidməti “Monella” MMC barəsində inzibati protokol tərtib edib. Binəqədi Rayon Məhkəməsinin qərarına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozduğuna görə — yəni, əmək müqaviləsi olmadan fiziki şəxsləri işə cəlb etdiyinə görə – 20 min manat məbləğində cərimə olunub. Qərardan verilən apellyasiya şikayətinə isə Bakı Apellyasiya Məhkəməsində baxılıb.


Həmçinin bildirək ki, Məhkəmə tərəfindən cərimə edilməsinə baxmayaraq şəxs eyni qayda olaraq sürücülərlə əmək müqaviləsini bağlamamaqda israrlıdır.

Hazırda “Monella” MMC 105 saylı marşrut xətti üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğuldur. Əvvəllər isə bu qaraj 170 nömrəli marşrut xəttinə xidmət göstərib, lakin 2025-ci ilin mart-aprel aylarında həmin xətt qalmaqalı məsələlərdən sonra “Faiqoğlu” MMC-yə keçdikdə sahiblə birgə duracağıda dəyişdi. Hazırda 170 nömrəli mrşurut xətti Faiqoğlu MMC rəsmi biznesi hesab edilir. Q.İsmayılov bununlada kifayətlənmək bilmir. əldə etdiyimiz məlumata görə hazırda qarajda olan sərnişin daşıma nəqliyyat vasitələrindən bir neçəsi 156 nömrəli marşurut xəttinə icarəyə verilib. Lakin bu icarə verilməsidə tamamilə qanuna zidd hal daşıyır. Həmin icarəyə verilən nəqliyyatlarda tamamilə qanunsuz fəaliyyət göstərməkdədir.
Lakin bütün bu dəyişikliklər fonunda şirkətin borcları, əmək qanunvericiliyinə zidd addımları və sürücülərə qarşı haqsız davranışları hələ də açıq suallar doğurur. Bu kimi suallara aydınlıq gətirmək məqsədi ilə araşdırmalarımız davam edir...

TEZLİKLƏ....
- Qurbanəli İsmayılovu yüksək borcların ödətdirilməsinə kim və necə maneə yaratmaqdadır (Qorucyucu mələyi kimdir?)
- İsti izlərlə adı halanan Mamed, Qurbanəli və hər ikisini illərlə himayə edən sirli R.M adı... daha nələr


Bizi izləməyi unutmayın...шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025