Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 17:01)
Bacı-qardaş arasında sədr qalmaqalı - Fəzail Ağamalı oğlunu qovdu

baci-qardas-arasinda-sedr-qalmaqali

Mediatv.az-ın məlumatına görə, yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.

F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.

Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.Məlumatı Fəzail Ağamalı saytımıza təsdiq edib. O, oğlunun qurultayın reqlamentini pozduğu üçün binadan kənarlaşdırıldığını bildirib:

“Öz adamları ilə birgə qurultayı pozmağa cəhd etdilər. Bu səbəbdən iclası təxirə saldıq. Elçini də binadan kənarlaşdırdılar. Mən partiya sədrliyinə qızımı təklif edirəm. Amma hələ ki, özüm istefa verməmişəm. Dediyim kimi, Elçinin hərəkətlərinə görə qurultayı dayandırdıq”.

Fəzail Ağamalının oğlu isə atasının dediklərini yalanlayıb. Elçin Ağamalının sözlərinə görə, atası bu gün sədrlikdən istefa verib. Öz yerinə də bacısı Günay Ağamalının namizədliyini irəli sürüb. Bundan əlavə partiya sədrliyinə daha iki namizəd olub:

“Partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu. Amma mən yekdil səslə yeni sədr seçilmişəm. Hər kəs də təsdiq edə bilər”.

 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025