Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 18:01)
“Avans Kredit” lombard şəbəkəsi ilə bağlı qalmaqallı iddialar: Qəbzsiz ödənişlər və gizli maliyyə dövriyyəsi

bitmap-img6

Bakıda “Avans Kredit” adlı lombard şəbəkəsinin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilib. Şikayətçilərin bildirdiyinə görə, bu şirkətin Xalqlar Dostluğu, Gənclik və Memar Əcəmi metrostansiyaları ətrafında bir neçə filialı mövcuddur.


İddialara əsasən, “Avans Kredit”də kredit ödənişi zamanı müştərilərə heç bir rəsmi qəbz və ya çek təqdim edilmir. Qəbz və ya çek tələb edən müştərilərə isə sadəcə printer vasitəsilə çap edilmiş adi ağ kağız üzərində bir sənəd verilir və onun üzərinə möhür vurulur. Şikayətçilər deyirlər ki, ödənişlərin böyük hissəsi filiala gəlmədən, kart vasitəsilə həyata keçirilir.

Məlumat verən şəxslər Patrulaz.az-a bildirirlər ki, bu şirkətdə iki fərqli sistem fəaliyyət göstərir. Bir sistem 2000 manata qədər olan müştəri bazasının qeydiyyatını aparır, digər sistem isə 2000 manatdan yuxarı 30, 40, bəzən 50 min manata qədər olan kreditlərin qeydlərini ehtiva edir. İddialara görə, bu ikiqat sistemin məqsədi vergi orqanları tərəfindən yoxlama aparılarkən yalnız kiçik məbləğli kredit bazasının təqdim edilməsidir. Daha yüksək məbləğli kredit müştəriləri isə xüsusi şəkildə və qapalı formada qeydiyyatda saxlanılır.

Şikayətçilərin sözlərinə görə, şirkətin rəhbərlərindən biri Məhəmməd adlı şəxsdir. Xalqlar filialında isə bir müddət İbrahim adlı şəxs direktor vəzifəsində çalışıb. Bildirilir ki, həmin İbrahim adlı direktor bir çox müştərinin kart vasitəsilə etdiyi ödənişləri mənimsəyərək iş yerindən uzaqlaşıb. Onun qaçmasından sonra bir çox müştəriyə böyük məbləğdə borc yazıldığı bildirilib. Müştərilər kartla ödəniş etdiklərinə dair sübutlar təqdim etsələr də, şirkət rəhbərliyi onlara “gedin o pulları İbrahimdən tələb edin” cavabı verib.

İddialara əsasən, şirkət bəzi müştərilərlə müqavilə bağlasa da, bir çox hallarda kreditlər “kəlmə” ilə, yəni qeyri-rəsmi şəkildə, girov kimi qoyulan qızıllar müqabilində verilir. Daha bir iddiaya görə, həmin qızıllar başqa bir qeyri-bank kredit təşkilatına yenidən girov qoyularaq şirkətin əlavə büdcəsi formalaşdırılır.

Şikayətçilər həmçinin bildirirlər ki, ilkin razılaşmada kredit faizləri aşağı göstərilsə də, ödəniş gecikdiyi halda faizlər kəskin şəkildə artırılır və bu da bir çox müştərinin qısa müddətdə girov qızıllarını itirməsinə səbəb olur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
25 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025
24 10 2025