Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-07-2022, 09:44)
Şagirdi tərəfindən döyülən müəllim iş yerini dəyişdi

Şagirdi tərəfindən döyülən müəllim iş yerini dəyişdi

Xəbər verdiyimiz kimi, aprelin 1-də Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə müəllim və şagird arasında xoşagəlməz hadisə yaşanmışdı. Belə ki, 1985-ci il təvəllüdlü A.Mustafayevə şagirdi, 2005-ci il təvəllüdlü M.K. tərəfindən xəsarət yetirilmişdi.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi yeni açıqlama yayıb. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin məsələ ətraflı araşdırılıb: “Məlum olub ki, tədris prosesi zamanı şagird müəllimin əsaslı və müsbət xarakterli tələbkarlığına qarşı çıxaraq ona əli ilə zərbə vurub. Şagirdin müəllimə qeyri-uyğun davranışı ilə bağlı şagirdlə müvafiq qaydada söhbət aparılıb.

Müəllim A.Mustafayev fəaliyyətini digər ümumi təhsil müəssisəsində davam etdirir”.

Qurumdan bildirilib ki, məktəbdə müəllim-şagird münasibətlərinin tənzimlənməsi diqqətdə saxlanılır.

Xatırladaq ki, daha öncə verilən açıqlamada hadisəyə səbəb kimi şagirdin dərsə gecikməsinə görə müəllimlə aralarında yaranan anlaşılmazlıq göstərilmişdi. Qeyd edilirdi ki, şagirdin valideyni məktəbə dəvət olunub, müəllimdən üzr istənilib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025