Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (7-01-2022, 10:12)
"Qanunvericilik bu kimi hallara qəti icazə vermir" - REAKSİYA


 




Paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb. Onun bu hərəkəti kamerala düşüb. Video ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
Qurumdan qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək:

“Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Mediatv.az-ın məlumatına görə, məsələ ilə əlaqəli “Sherg.az”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu kimi hadisələr yolverilməzdir:

“Məktəb direktoru tərəfindən şagirdlərin şiddətə məruz qalması düzgün yanaşma deyil. Müəyyən tənbeh edə bilər, maarifləndirici söhbətlər aparıla bilər. Amma heç kimin şagirdi təhqir etməsinə, ona əl qaldırmasına ixtiyarı yoxdur. Qanunvericilik bu kimi hallara qəti icazə vermir”.

Ekspert belə hadisələrin yaranma səbəblərini sadalayıb:

“Bu kim halların yaşanmasının səbəbi məktəblərdə müəllimlərin və psixoloqların fəaliyətindən qaynaqlana bilər. Məktəblərdə psixoloqların olmaması, olsa belə fəaliyyət göstərməməsi belə problemləri daha da qabarıq şəkildə üzə çıxarır.

E.Əfəndi müəllim və direktorların şagirdlərə necə yanaşmalı olduğundan da söz açıb:

“Müəllim, direktor və yaxud digər məsul şəxslər şagirdlərə öz övladları kimi davranıb, düzgün şəkildə istiqamət verə bilsələr, belə halların yaşanmasına gətirib çıxarmaz. Direktorun kobud hərəkətləri hüquq- mühafizə orqanlarına qədər gedib çıxa bilər və hüquqi qiymət ala bilər. Ona görə diqqətli olmalıdırlar.

Dediyim kimi şagirdlərlə düzgün münasibət qursunlar, onlara öz övladları kimi yanaşsınlar. Belə olan halda, əlbəttə ki, belə neqativ hallar da baş verməyəcək”
шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024