Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-03-2022, 14:17)
Suraxanıda şəhidlərimizin xatirəsinə abidə-bulaq kompleksi inşa edildi - Fotolar

 Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozu adlandırılan yaşayış sahəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş, ölkəmizin hər bir regionundan olan şəhidlərin fotoları əks etdirilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.
“Mediatv.az” xəbər verir ki, açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhid ailələri, qazilər və digər rəsmi şəxslər iştirak edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, şəhidlik adı ölüm deyil, Vətən, Torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir:
“Vətən oğullarımızın mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi qələbə sayəsində vaxtı ilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda bu gün həyat yenidən canlanır, həmin ərazilərə öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin qayıtması üçün hərtərəfli şərait yaradılır”.
Şəhid analarına və onların doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək səbr diləyən RİH başçısı Əziz Əzizov və tədbir iştirakçıları abidə-bulaq kompleksini ziyarət edərək üzərinə gül dəstələri düzüb, bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Həmçinin, tədbirdə E.Səfərov adına 118 nömrəli tam orta məktəbin şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025