Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 17:56)
İki məşhur hospitalla bağlı ağır ittiham – Xəstənin ölümünə həkim səhlənkarlığı səbəb olub?

 71 yaşlı qadının müalicə prosesi zamanı baş verən hadisələr onun ailəsinin ciddi narazılığına səbəb olub. Ailə iddia edir ki, tibbi səhlənkarlıq səbəbindən xəstə ölüb.
Belə ki, aprel ayında Ayşat Seydəliyeva ayaqlarında yaranmış damar problemi ilə bağlı Avropa Hospitalına müraciət edib. Ailəsinin bildirdiyinə görə, xəstə həkim Sevinc Babayevanın iştirakı olmadan, gecə saatlarında kassadan kənar şəkildə 600 və 500 AZN ödənişlə iki dəfə əməliyyat olunub. Əməliyyatlardan sonra qadının vəziyyəti pisləşib, qanaxma başladığı üçün təcili yardım çağırılıb və o, Kəpəz Hospitalına köçürülüb.
Mərhumun yaxınlarının sözlərinə görə, Kəpəz Hospitalının həkimi Seymur Musayev, xəstə sığortalı olmasına baxmayaraq, əməliyyatdan sonra 2500 AZN pul tələb edib. Pul verilmədikdə isə xəstənin yaxınlarına “yanına buraxmamaqla” hədə-qorxu gəldiyi bildirilir. Ailə üzvlərinin sözlərinə görə, xəstəxananın rəhbəri Süleyman Muradlı da bu prosesə reaksiya verməyib və “biz heç nə edə bilmirik” deyərək şikayəti qeydə almadan vəziyyəti ört-basdır etməyə çalışıb. Növbəti gün isə xəstədən əlavə 150 AZN ödəniş tələb olunub.
Yaxınlarının qeyd edir ki, ardıcıl tibbi səhlənkarlıq və rüşvət tələbləri nəticəsində Ayşat Seydəliyevanın vəziyyəti kritik həddə çatıb, xəstəxanadan çıxandan bir gün sonra isə dünyasını dəyişib.
Hadisə ilə bağlı mərhumun ailəsi Avropa Hospitalı və Kəpəz Hospitalında fəaliyyət göstərən bir neçə şəxs barəsində hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib.
Şikayətdə aşağıdakı şəxslərin məsuliyyətə cəlb olunması tələb olunur:
Sevinc Babayeva – tibbi səhlənkarlıq və xəstəyə nəzarətsizlik;
Seymur Musayev – ağır vəziyyətdə olan xəstədən rüşvət tələb etmə;
Süleyman Muradlı – proseslərə göz yumma və vəzifə səlahiyyətlərindən sui-istifadə.
Şikayətçilər göstərilən əməllərə görə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma) və 314-cü (səhlənkarlıq) maddələri üzrə hüquqi qiymət verilməsini tələb edirlər.
Yazıda adı keçən şəxslərlə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz uğursuz oldu. Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Globalinfo.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025